When the Music Dies () — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa etdiyi mahnı.

Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar.

Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər.

İstinadlar

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2012 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2012 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:2012-ci ilin sinqlları