"Xalq Cəbhəsi" qəzeti — Həftəlik ictimai-siyasi hakimiyyətyönlü Azərbaycan qəzeti. Rəhbəri Elçin Mirzəbəylidir.
Tarixi İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir.
Daha əvvəl "Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanıb.
2019-cu ildə “Xalq Cəbhəsi” qəzeti, xalqcebhesi.az saytı, BayMedia (baymedia.az) və Avrasiya (avrasiya.net) informasiya agentlikləri fəaliyyətlərini vahid platformada davam etdirəcəkləri açıqlanıb. Adıçəkilən kütləvi informasiya vasitələrinin daxil olduğu qrup “Xalq cəbhəsi” Media Qrupu adlanıb. "AXC TV" də media qrupa daxildir.
Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur.
Qəzet Ədalət, Hüquq, Demokratiya Partiyasının (əvvəlki BAXCP) ideoloji, siyasi xəttini dəstəkləyir.
Həmçinin bax
Global Media Group Gündəlik Teleqraf Səs Media Qrupu Yeni Çağ (media qrup) Yeni Müsavat Modern Media Qrupu Day (media-şirkət) Liatris Holding
İstinadlar
Xarici keçidlər
Rəsmi facebook səhifəsi
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:İctimai-siyasi qəzetlər Kateqoriya:2001-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan dilində qəzetlər