Yırtıcı () — 20th Century Fox kinokompaniyanın distribütorlik etdiyi 1987-ci ildə istehsal olunmuş ABŞ filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir.Predator returns, again, as Robert Rodriguez plans a franchise reboot Yoxlanılıb: 11 avqust 2014Arnold Schwarzenegger, left, and other cast members in Predator (1987) Yoxlanılıb: 11 avqust 2014 Film həmin ildə Saturn mükafatına layiq görülmüş və Oskar mükafatına namizəd göstərilmişdir. Filmin çəkilişi Meksikanın Palenke şəhərinə yaxın cəngəllikdə baş tutmuşdur.

Məzmun

Kosmik fəzada Yer kürəsinin ətrafından elmə məlum olmayan kosmik gəmi keçir. Bu kosmik gəmidən kapsul ayrılır. Həmin ayrılan kapsul Mərkəzi Amerikanın cəngəlliyinə yaxınlaşmaq üzrədir... ABŞ-yə məxsus təyyarə Cənubi Amerikada qəzaya uğrayır. Sağ qalan əsgərlər əsir düşürlər. ABŞ hərbi bazası həmin əsirləri xilas etmək üçün dəstə yaradır. Dəstəyə rütbəsi mayor olan "Holland" ləqəbli Alan rəhbərlik edir. Onlar gizli olaraq Cənubi Amerikaya yola düşürlər. Dəstə cəngəliyə çatdıqdan bir müddət sonra naməlum səbəbdən öldürülən insanlarla qarşılaşırlar. Düşmənin qüvvələrinin qüvvələrini məhv etmək üçün Alan plan quraraq dəstə ilə birgə düşərgəyə hücum edir. Bütün düşərgə heyəti məhv edilir. Düşmən qüvvələrindən isə yalnız Anna adlı qız əsir götürülür. Bu zaman naməlum bir kəsin onları izlədiyi təsvir olunur.

Bir müddət sonra Anna dəstə heyətindən ayrılaraq qaçmağa başlayır. Haukins onun qarşısını alır, lakin bu zaman Anna gözəgörünməz varlığın onu parçalayaraq apardığını görür. Anna bu hadisəni dəstə heyətinə çatdırır. Bu gözəgörünməz varlığın kim olduğunu axtaran heyət yollarına davm edirlər. Ardınca Bleyn öldürülür və dəstə heyətini qəti bir plan hazırlamağa məcbur edir. Lakin hazırlanmış planlar nəticəsiz qalır. Hadisələr əsnasında Ponço yaralanır, Mak və Dillon isə Yırtıcını təqib edərkən öldürülür. Sağ qalan Alan, Anna, Billi və ağır yaralanmış Ponço buranı tez bir zamanda tərk etmək üçün yollarına davam edirlər. Bir müddət sonra Billi Yırtıcının onları təqib etməsini hiss edir və sağ qalanların buradan uzaqlaşması üçün öz canını fəda edir. Yırtıcı Billini öldürdükdən sonra onlara yetişir və Ponçonu öldürür. Bu zaman Alan ciddi xəsarət alır və Annanı vertolyota çatması üçün buradan qaçmasını deyir. Anna buradan qaçır, Alan isə Yırtıcı qısa müddət mübarizə apardıqdan sonra şəlaləyə tullanır. Şəlalədən palçığ olan sahəyə çıxan Alan Yırtıcının onu görmədiyini zənn edir. Həqiqətən də, Yırtıcı onu görmür və bu səbəbdən buranı tərk edir.

Bir müddət sonra Alan Yırtıcını məhv etmək üçün çoxlu tələlər qurur. Tez bir zamanda bura yetişən Yırtıcı bir çox tələlərə düşsə də, sağ qalır və Alan onunla mübarizə aparmaq məcburiyyətində qalır. Mübarizəni qalibiyyətlə başa vuran Alan, ölümcül hala düşən Yırtıcının özünü partladacağını görür və buradan uzaqlaşır. Bu zaman Yırtıcı məhv olur. Sonda Alan Annanın ona kömək üçün göndəriyi vertolyota çatır və buranı tərk edir.

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Arnold Şvartsenegger Alan "Datç" Şeffer rütbəsi mayordur və dəstəyə rəhbərlik edir Karl Uezers Corc Dillon dəstə heyətindən biri, qaradərilidir Elpidiya Karrilyo Anna Qonkalves dəstə heyəti tərəfindən əsir götürülən xanım Billi Dyuk Mak dəstə heyətindən biri, qaradərili olan çavuş Cessi Ventura Bleyden dəstə heyətindən biridir, Mak ilə birgə Vyetnam müharibəsində iştirak edib Sonni Lendem Billi Sole dəstə heyətindən biri, əslən hindudur Riçard Çaves Corc "Ponço" Ramirez dəstə heyətindən biri, əslən ispaniyalıdır Şeyn Blek Haukins dəstə heyətindən biri, dəstənin radio koordinatoru olan eynəkli Kevin Piter Holl Yırtıcı digər rolu: qaradərili olan təyyarənin pilotçusu Piter Kallen səsləndirən "Yırtıcı" personajını səsləndirir Robert Qolden Armstronq Homer Filips rütbəsi general-mayor dəstənin koordinatoru Sven-Ole Torsen Sovet zabiti titrdə göstərilməyib

Maraqlı faktlar Jan-Klod Van Damm "Yırtıcı" rolunu ifa etmək üçün filmə dəvət edilmişdi. Lakin kaskadyorlardan biri ilə mübahisə etdikdən bir müddət sonra film heyətini tərk edir. Onun yerinə isə boyca hündür olan qaradərili aktyor Kevin Piter Holl dəvət edilir.Jesse Ventura: I Ain't Got Time to Bleed: Reworking the Body Politic from the Bottom Up, Signet

İstinadlar

Xarici keçidlər

Yırtıcı filmi Allmovie.com saytında Yırtıcı filmi Rottentomatoes saytında

Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastika qorxu filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:Uydurma ölkələr haqqında filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Birinci şəxs nöqteyi-nəzərindən çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:Yadplanetlilərin hücumu haqqında filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Partizanlar haqqında filmlər Kateqoriya:Silver Pictures filmləri