Qulamrza Təxti () — olimpiya çempionu (Melbrun, 1956) və mükafatçısı, ikiqat dünya çempionu (Tehran, 1959 və İokoqama 1961), Asiya yay oyunları çempionu (Tokio, 1958).Həsən Cəbrayılov (Ahəngi), "Həzrət Əlinin pəhləvanı", Bütöv Azərbaycan qəzeti, № 09(141), 14–20 mart 2012-ci il.
Həyatı Qulamrza Təxti 1930-cu ilin 27 avqustunda Tehranda kasıb bir ailədə anadan olmuşdur. Əsli azərbaycanlılardan olan ailə, Tehranın, əsasən, azərbaycanlılar məskunlaşan bir məhəlləsində yaşamışdır. Böyük maddi ehtiyaclar içərisində yaşadıqları üçün Qulamrza yalnız 9-cu sinfə qədər oxuyub, natamam təhsil alaraq, atasına kömək etmək məqsədi ilə işləməyə başlamışdır.
1950-ci ildə o, özünün ilk uğurunu əldə edib, tanınmış pəhləvanlara qalib gələrək, ölkə çempionu adını qazanır. 1968-ci il yanvarın 7-də onu mehmanxana otağında ölmüş halda tapmışdılar.
Qulamrza Təxti Tehranın cənubunda Şəhri Rey qəbirstanında qohumlarının məzarının yanında torpağa tapşırılmışdır.
İran xalqı arasında böyük hörmət qazanmış Təxtinin şübhəli ölümündə Pəhləvi rejiminin əli olduğu ehtimal edilir.
Uğurları 1951-ci il. Helsinki. Dünya çempionatı. 79 kq, gümüş medal. 1952-ci il. Helsinki. Olimpiya oyunları. 79 kq, gümüş medal. 1956-cı il. Melburn. Olimpiya oyunları. 87 kq, qızıl medal. 1958-ci il. Tokio. Asiya oyunları. 87 kq, qızıl medal. 1959-cu il. Tehran. Dünya çempionatı. 87 kq, qızıl medal. 1960-cı il. Roma. Olimpiya oyunları. 87 kq, gümüş medal. 1961-ci il. İokoqama. Dünya çempionatı. 87 kq, qızıl medal. 1961-ci il. Toledo. Dünya çempionatı. 97 kq, gümüş medal.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:1956 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:1952 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar Kateqoriya:1964 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:1960 Yay Olimpiya Oyunları gümüş medalçıları