İosafat Barbaro (; ) — Venesiya taciri, səyyahı və diplomatı."A new general biographical dictionary, Volume 3 ", Hugh James Rose, Henry John Rose, 1857, səh. 137 ISBN 978-0-333-76094-9
Həyatı 1413-cü ildə Antonio Barbaro və Françeskina Barbaronu ailəsində doğulmuşdu. Məşhur Barbaro ailəsinin üzvü idi. 1434-cü ildə Nona Duodo ilə evlənmiş, 3 qızı və Ciovanni adlı oğlu olmuşdur.
Fəaliyyəti
Tana səyahəti 1436-cı ildə Venesiyanı tərk edərək Azov dənizi sahilindəki Genuya koloniyası olan Tana şəhərinə ticarət məqsədilə gəlir və 1452-ci ilədək burada qalır. 1437-ci ildə Alanların son hökmdarının qəbrini kəşfə çıxan və bu kurqandan xəzinə əldə etmə cəhdləri uğursuz oldu. Daha sonra bu kurqan rus arxeoloq Aleksandr Miller tərəfindən tapıldı və əslində mətbəx olduğu üzə çıxdı."Black Sea ", Neal Ascherson, New York, Hill and Wang, 1996, səh. 129 Tanada olduğu müddətdə Barbaro tatar dilini və şərq adətlərini öyrənir. 1438-ci ildə Böyük Orda xanı Kiçik Məhəmməd xanın hücumu ərəfəsində ona diplomat olaraq göndərildi. Barbaro, Starıy Krım, Sudak, Balaklava, Feodosiya, Kazan və Nijni Novqorod şəhərlərini də bu ərəfədə ziyarət etdi.
Sonrakı fəaliyyəti 1446-cı ildə o Venesiyaya çağrıldı və Qırxlar Məclisinə seçildi. Venesiyaya qayıtdıqdan sonra, 1448-ci ildə Modon və Koroni koloniyalarını idarə etdi və sonrakı il istefa verdi. 1452-ci ildə bir daha Venesiyaya qayıtdı. 1460-cı ildə Tana məclisinə seçilsə də bundan imtina etdi. 1463-cü ildə Albaniyanın proveditoru təyin olundu."Die persische Karte : venezianisch-persische Beziehungen um 1500 ; Reiseberichte venezianischer Persienreisender ", Otto H. Storz, Berlin, 2009, səh.44 ISBN 978-3-643-10073-3 Skanderbeqlə birlikdə Osmanlıya qarşı döyüşdü. Skanderbeqin ölümündən sonra Venesiyaya qayıtdı. 1472-ci ildə seçkilərdə iştirak etdi.
Ağqoyunluya səyahət Osmanlı-Venesiya müharibəsinin başlayanda Venesiya Ağqoyunlu dövlətində Lazzaro Kverinini səfir olaraq göndərsə də kömək ala bilməmişdi. 1471-ci ildə Ağqoyunlu səfiri Murad, Kverini ilə birlikdə Venesiyaya getmiş, yeni səfarət planları üçün danışıqlara qoşulmuşdu. Bu dəfə Ağqoyunluya səfir olaraq Katerino Zeno seçilmişdi.Mehmed the Conqueror & His Time , Franz Babinger, Trans. Ralph Manheim, Princeton University Press; 1992, səh.306 ISBN 978-0-691-01078-6 Bunda Katerino Zenonun həyat yoldaşının Uzun Həsənin həyat yoldaşının bacısı qızı olması da önəmli faktor olmuşdu. Bu səfarətə Barbaro da qoşulmuşdu. İosafat Barbaro türkcə və azca farsca bildiyi üçün önəmli hesab olunurdu. Səfarətlə birlikdə Ağqoyunlu ordusu üçün çoxlu miqdarda odlu silah və barıt da göndərildi. Barbaro Kiprə çatanda Uzun Həsənin Ərzurum yaxınlığında osmanlılara məğlub olduğu xəbərini alır.
1453-cü ildə Ambrozio Kontarini də səfarətə qoşuldu. Səfarət bundan sonra Qahirə-Adana-Urfa marşrutu üzrə hərəkət etdi. 1474-cü ilin fevralında Kiprdən çıxan səfarət özünü müsəlman zəvvarlar qılığına salmışdı. Daha sonra Təbrizə getmək üçün dağlıq ərazidən keçərkən səfarət kürdlərin hücumuna məruz qalır. Barbaro yaralı olaraq xilas ola bilsə də Ağqoyunlu səfiri və Barbaronun katibi öldürülmüşdü. Səfarət 14 aprel 1474-cü ildə Təbrizə çatdı." E. J. Brill's first encyclopaedia of Islam ", M. Th. Houtsma, New York, 1993., pg. 1067 ISBN 978-90-04-09796-4
O, hətta Uzun Həsəni Gürcüstan səfərində müşayiət edir, lakin şahı Osmanlıya qarşı müharibəyə razı sala bilmir. Uğurlu Məhəmmədin üsyanına şahidlik etmişdir. O, Təbriz, Sultaniyyə, Kaşan, Qum, Yəzd, Şiraz, Bağdad və Persepolisdə olmuşdur. Pasarqadı ziyarət edən ilk avropalıdır. 1474-cü ildə Uzun Həsən Kontarinini Venesiyaya göndərdi lakin İosafatı saxladı.
Venesiyaya qayıdış 1478-ci ildə Uzun Həsənin ölümündən sonra Venesiyaya qayıtdı. Ona bir erməni bələdçinin kömək etdiyini yazır.Biographie universelle, ancienne et moderne", J Fr Michaud; Louis Gabriel Michaud, Paris, Michaud, 1811–28., səh. 32 1479-cu ildə Venesiyaya çatdı və təcrübəsi barədə hökumətə məruzə verdi."Studi biografici e bibliografici sulla storia della geografia in Italia", Roma, Societá geografica italiana; 1882, səh.143 1482–1485-ci illərdə Roviqo və Polesine proveditoru idi. 1494-cü ildə vəfat etmiş, San Fransisko della Vinya kilsəsində basdırılmışdır.
Əsərləri 1487-ci ildə öz xatiratını yazmışdır."Enciclopedia storico-nobiliare italiana, Volume 7", Vittorio Spreti, Arnaldo Forni, 1981, səh. 276 Bu xatirat 1543–1545-ci illərdə Aldus Manitiusun oğulları tərəfindən "Venesiyadan Tana və İrana edilən səfərlər" () adı ilə çap olunmuşdur. İosafat Barbaro bir qayda olaraq Kontarinidən daha çox məlumat vermiş, daha araşdırmaçı olmuşdur. Onun Qıpçaq xanlığı, İran və Gürcüstan haqqında yazdıqları əvəzsiz hesab olunur.
İstinadlar
Xarici keçidlər
İosafat Barbaronun 1436-cı ildə Venesiyadan Tanaya səfəri (kitab — ingiliscə)
Kateqoriya:Venesiya diplomatları Kateqoriya:İtaliya diplomatları