Fatma Həmzə qızı Süleymanova () — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979).
Həyatı Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şuşa alimləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər