Pet Benatar (; ) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir.
Həyatı Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski () və kosmetoloq Mildred Andrzejevski () ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi. 8 yaşı tamam olandan sonra Pet teatr ilə maraqlanır və vokal dərsi alır.James, Carolyn. ["Pat Benatar gets key to Babylon Town: Former resident honored for outstanding achievement"], The Beacon, August 22, 2002 19 yaşında isə məktəb dərslərinə son verərək məktəb yoldaşı və hərbçi Dennis Benatar ilə ailə həyatı qurur. Bu müddətdən etibarən Pet bankda işçi olara çalışmağa başlayır. 1973-cü ildə Pet işindən ayrılaraq musiqi karyerasına başlayır. Bu müddət ərzində Pet bir çox gecə klubların ifaçı ofisiant kimi çalışmağa başlayır. 1979-cu ildə Pet Dennisdən ayrılır və bir müddət keçdikdən sonra 20 fevral 1982-ci ildə ifaçı Nil "Spayder" Ciraldo ilə ailə həyatı qurur. Onların iki qız övladları Haley İqana (16 fevral 1985) və Hana Culiana (12 mart 1994) dünyaya gəlir. Pet Benatar ifa etdiyi müddət ərzində bir çox uğurlar qazanmışdır.
Albomlar 1979: In the Heat of the Night 1980: Crimes of Passion 1981: Precious Time 1982: Get Nervous 1983: Live from Earth 1984: Tropico 1985: Seven the Hard Way 1988: Wide Awake in Dreamland 1991: True Love 1993: Gravity's Rainbow 1997: Innamorata 2003: Go
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ feministləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri