Məzmun Burada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır.

Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.

O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.

Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir...

Film haqqında Film Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithaf edilmişdir.

Kino əsəri ədibin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.

Kinoda ədibin yaradıcılığına ilk dəfə bu filmdə müraciət olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu rejissor: Rauf Kazımovski Operator: Teyyub Axundov Rəssam: Nadir Zeynalov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Əziz Şeyxov Rejissor assistenti: Kazım Həsənov Montaj edən: Tahirə Babayeva Filmin direktoru: Hacıağa Həsənli

Rollarda İsmayıl Osmanlı — Novruzəli Ağasadıq Gəraybəyli — xan Viktor Kolpakov — poçt xidmətçisi Vasili Filippov — qorodovoy Lev Bordukov (Lev Bardukov kimi) — məhkəmə sədri Ofeliya Məmmədzadə — xanın arvadı (titrlərdə yoxdur) Yusif Vəliyev — əli qandallı adam (titrlərdə yoxdur) Cabbar Əliyev — qoçu (titrlərdə yoxdur) Abbas Rzayev — kəndli (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — kəndli (titrlərdə yoxdur) Törəxanım Zeynalova (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Əzizağa Qasımov — poçt xidmətçisi (Viktor Kolpakov) (titrlərdə yoxdur) Yusif Vəliyev — qorodovoy (Vasili Filippov) (titrlərdə yoxdur) Əli Zeynalov — məhkəmə sədri (Lev Bardukov) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən Cəlil Məmmədquluzadə (şəkil) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.

Xarici keçidlər Filmi izlə

Həmçinin bax

Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Cəlil Məmmədquluzadənin əsərləri əsasında çəkilmiş filmlər