Biosenoz () — müəyyən abiotik mühit məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilər və heterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin () elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdirK. A. Möbius, Die Auster und die Austernwirthschaft , 1877.

Biosenoz anlayışı thumb|right|200px|Karl Avqust Möbius "Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" — "həyat" və "Koinos" — "ümumi" deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir.

Biosenoz — az və ya çox dərəcədə eyni yaşayış mühitinə malik müəyyən ərazidə yaşayan canlıların məcmusudur. Bu məcmuya müxtəlif bitki, heyvan və mikroorqanizmlər daxildir. Biosenoz cansız təbiət amilləri ilə qırılmaz bağlı olub, birlikdə möhkəm sistem əmələ gətirir ki, burada onların komponentləri arasında maddələr dövranı gedir.

Biosenoz növ strukturu, yaxud ona daxil olan hər hansı bir qrupu öyrənərkən növlərin sayı və onların miqdarlarının nisbəti şəklində özünü büruzə verən növmüxtəlifliyinin təsiri mühüm əhəmiyyət kəsb edir. Güclü xarici təsirlərdən növmüxtəlifliyi dəyişə bilər. Biosenozun tamlığının qorunmasında növarası və növdaxili mübarizələrin əhəmiyyəti böyükdür. Bu mübarizələr biosenozda müxtəlif ekoloji oyuqlar əmələ gətirir. Biosenoz inkişaf etdikcə onun biokütləsi, növmüxtəlifliyi artır, qida əlaqələri mürəkkəbləşir. İnsanın heç bir təsiri olmadan formalaşmış biosenozlar (meşə, bataqlıq, çöl) və insan fəaliyyəti nəticəsində formalaşan aqrosenozlar mövcuddur. Biosenozun öyrənilməsi torpaq və su resurslarından səmərəli istifadə olunmasında mühüm rol oynayır. Çünki uzun təkamül prosesləri nəticəsində formalaşmış biosenozda mövcud əlaqələri nəzərə almamaq onların məhvinə səbəb olar.

İlk dəfə Biosenoz () termini elmə 1877-ci ildə Alman alimi, hidrobioloqu, zooloqu və botaniki Karl Avqust Möbius (7 fevral 1825 – 26 aprel 1906) tərəfindən daxil edilmişdir. Karl Möbius 1877-ci ildə birlikdə yaşayan kompleks canlı heyvanların məhz "Biosenoz" termini ilə adlnadırılmasını təklif etmişdir. Hər bir biosenoz yaşayış uğrunda mübarizə, təbii seçmə və digər təkamül amillərinin təsiri altında yaranmışdır. Biosenoza daxil olan bitkilərin məcmusu Fitosenoz, heyvanlarınkı isə Zoosenoz adlanır. Biosenoz müəyyən biokütlə, məhsuldarlıq, öz quruluşunun nizamlı olması ilə xarakterizə olunur.

Biosenoz Qida əlaqələri ilə yanaşı, biosenozda bir canlı digəri üçün substrat rolunu oynaya, onun üçün müəyyən bir mikroiqlim yarada, onun çoxalmasını (məsələn: həşəratların çiçəkli bitkiləri tozlandırması) və yayılmasını təmin edə bilir.

Biosenoz və ekosistem

Ekosistem () — bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. Ekosistemin sərhədləri az-çox aydın, orada gedən proseslərin xarakterinə görə avtonom xarakter daşıya bilər. Ekosistemin öyrənilməsi təbii sərvətlərdən səmərəli istifadə etmək, təbiəti qorumaq nöqteyi-nəzərincə müasir dövrün ən aktual problemlərindəndir. Biosenoz Ekosistemin tərkib hissəsidir. thumb|900px|center|Kanar adlarında yerləşən Böyük Kanar adasında şirin su Ekosistemi

Biotik qruplaşmalar Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni sahəsini tutan, bir-biri ilə abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan, mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər aiddir: Avtotrof orqanizmlər (Produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gətirir. Heterotrof orqanizmlər (Konsumentlər) – hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar daxildir. Redusentlər (Destruktorlar) – orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO2, N2, O2, H2O) çevirir, minerallaşdırır.

Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub, ekosistem adlanan bu və ya digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. Bunu aşağıdakı formuldakı kimi göstərmək olar: Ekosistem = biotop + biosenoz.

Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə ola bilər. Bu baxımdan ayrılır: Mikroekosistemlər — Məsələn meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı; Mezoekosistemlər — Məsələn, meşə, çəmən, səhra; Makroekosistemlər — Məsələn, okean.Un progetto di recupero ambientale

Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır: Komponent (populyasiya ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının həyati formalarının və başqa struktur elementlərin nisbəti; Ayrı-ayrı elementlərin ərazidə yayılması; bütün əlaqələrin, ilk növbədə qida zəncirinin, tsikllərin, trofik və digər əlaqələrin məcmusu.

Yucin Odum (1975) ekosistemə və biogeosenoza eyni kateqoriya kimi baxır. Vladimir Nikolayeviç Sukaçov (1942) biosenozu Yer səthinin oxşar canlı komponentlərinin (bitki örtüyü, heyvan, mikroorqanizmlər) və təbii şərait geoloji quruluş və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksini hesab edir. Deməli, biosenozun bağlılıq faktorları – substratın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçova görə xoroloji (fiziki-coğrafi) xarakteri daşıyır. Ekosistemlə əsasən ərazicə deyil – trofik mövqeyindən baxılır. Beləliklə, biosenoz və ekosisteminin nisbətini belə təsəvvür etmək olar. Biogeosenoz fitosenozun sərhədi daxilində ekosistemdir. Daha dürüst, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. Ekosistemlərin əksərriyyəti uzun təkammül prosesində təşəkkül tapmışdır və növlərin ətraf mühitə uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsinin və populyasiyanın sıxlığını kəskinliyinin qarşısını almaq qabiliyyətinə malikdir.Formazioni coralligene

Biosenozun strukturları Biosenozda bir neçə struktur ayırd edilir. Biosenozun üç strukturu vardır. Onlar aşağıdakılardır: Biosenozun növ strukturu – onda yaşayan canlıların növ tərkibi və ona daxil olan bütün populyasiyaların nisbəti ilə təyin edilir. Biosenozun trofik (qida) strukturu – onun əsasını bir-biri ilə kəsişən qida zəncirləri toru təşkil edir. Biosenozun fəza strukturu – qanunauyğun olaraq burada yaşayan növlərin bir-birinə nisbətən yerləşməsidir (məsələn: meşədə yarus). Biosenozun bütün strukturlarının bir-biri ilə sıx əlaqəsi olur. Biosenozun strukturu onu təşkil edən komponentlərin qarşılıqlı təsiri sayəsində daim qorunur.

Biosenozun növ strukturu thumb|right|200px|Balıqlar biosenozu thumb|left|200px|Sualtı həyat biosenozu Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir. Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir.

Biosenozun növ strukturu bir çox faktorlardan asılıdır və növün müxtəlifliyi ilə xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrin çatışmazlığı hesab olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb Arktik səhralarda və şimal Tundrada istiliyin son dərəcədə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində bir ya bir neçə mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması ilə əlaqədar qruplaşmalar olduqca kəsadlaşır, çünki belə əlverişli şəraitə uyğunlaşa bilmirlər.

Tez-tez fəlakətli təsirlərə məruz qalan biosenozlarda növ spektri böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqca zəngin növlərə malik olan qruplaşmalar əmələ gəlir.Kendeigh, S. Charles. 1961. Animal Ecology. Prentice-Hall, Inc., Englewood Cliffs, N. J., 468 p Buna tropik meşələrin çox müxtəlif orqanizmlərlə zəngin olan mərcan rifləri, arid zonada çay vadiləri misal ola bilər. Tropik mehələrin biosenozları çox müxtəlif heyvanat aləmi və bitki növlərinə malik olur, hətta yan yana eyni növdən olan ağaclara rast gəlinmir.

Biosenozların növ tərkibi və məskunlaşdığı yerdə yaşama müddətinə hər biosenozun tarixindən də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşmış, yetişmiş qruplaşmalara nisbətən az növə malik olur. İnsan tərəfindən yaradılan biosenozlar növlərlə kəsad olur.

Hətta ən kəsad biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla orqanizmlərə rast gəlmək olar. Məsələn, taxıl zəmisində və ya üzüm bağında az da olsa alaq otları, həşəratlar, ziyanvericilər, yırtıcılar, torpaq qatında və torpaq üstündə mikroorqanizmlər də rast gəlinir.

Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və ya faunaya malik olan biosenozlar formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer qruplaşmalar arasındakı "ekotop" adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə "sərhəd effekti" adlanır. Ekotop növlərlə zəngin olur çünki bura hər iki sərhədyanı qruplaşmadan növlər daxil olur. Bundan başqa ekotop sərhədyanı biosenozlarda rast gəlinməyən özünə məxsus xarakter növlər də olur. Məsələn, Böyük Qafqazın cənub yamacında meşəninn yuxarı sərhədinin subalp çəməni nə keçid zonası orta dağ meşə fıstıq qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir birindən nə qədər çox fərqlənirsə onların sərhədlərində şərait bir o qədər müxtəlif və sərhəd effekti bir o qədər də güclü olar. Meşə və ot bitkilərinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. "Sərhəd effekti" bir birindən kəskin ayrılan təbii zonaların flora və faunası üçün daha səciyyəvidir.

Biosenozda ekoloji sığınacaq çox olduqca onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca ekoloji sığınacaq da çoxalır. Bir biosenozun tərkibində eyni ölçü qrupa aid olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan yarımsəhralarında – yovşan, fıstıq meşəsində – fıstıq. Bu qruplaşmalarda müəyyən növlər üstünlük təşkil edir və bütövlükdə biosenozun fəaliyyətini müəyyənləşdirir.

Sayına görə üstünlük təşkil edən dominant növ adlanır, lakin onların arasında elə övlər vardır ki, biosenoz üçün yüksək dərəcədə mühit yarıdır və onlarsız digər növlərin olması mümkün deyildir. Bu növlər qruplaşmanın mikromühitini müəyyənləşdirir və onların aradan götürülməsi biosenozun tam parçalanması təhlükəsini yaradır. Bu növlər edifikatorlar adlanır (lat. – qurucu). Bəzi hallarda heyvanlar da edifikator ola bilər.

Biosenozun tərkibində az miqdarda dominantlarla yanaşı adətən az saylı və nadir növlər daxil olur. Az saylı növlər ikinci dərəcəli növlər də adlanır və onlar növ zənginliyini yaradır, müxtəlifliyini yüksəldir və dominantların yerini doldurmaq və yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür.

Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün məxtəlif göstəricilərdən istifadə edilir: növün bolluğu – vahid sahədə növün sayı və həcmi. Rast gəlinməsi – növün biosenozda bərabər və qeyri bərabər yayılmasını səciyyələndirir.