Şəmsi Adilxan oğlu Qocayev () — Azərbaycanlı şair, publisist, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı və fəaliyyəti Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib.
2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir.
Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir. Onlarla kitabın, "Azərbaycan tarixi" elektron dərsliklərinin redaktoru, "Bakı təhsili" qəzetinin yaradıcısı və ilk baş redaktoru olmuşdur. 2013-2017-ci illərdə Binəqədi rayonundakı 126 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Hal-hazırda 166 nömrəli məktəb-liseyin direktorudur.
Ailəsi Ailəlidir. Bir oğlu, iki qızı var.
Mükafatları Şəmsi Qoca "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür.
Əsərləri 1."Gecə nəğmələri" (şeirlər), Bakı, 1999. 2."Könlüm bənövşə yarpağı" ( şeirlər), Bakı, 2006. 3."Ruhuma yağış yağır" (şeirlər), Bakı, 2012. 4."İxtiralar və kəşflər", Bakı, 2005. 5."Həyati Bacarıqlara Əsaslanan Təhsil", Bakı, 2006. 6. "Dünyanın gözü yol çəkir" (şeirlər və poemalar) Bakı, 2011. 7."Hələ sevgi yaşayır" (seçilmiş şeirlər) Bakı, 2021.
Xarici keçidlər İl kasad gələndə düşər qar tala…
İstinadlar
Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Ağbabada doğulanlar Kateqoriya:Gəncə Dövlət Universitetinin məzunları Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Məktəb direktorları