Qaranlığın ordusu () – 1992-ci ildə "Qara Komediya" janrında çəkilən ABŞ filmi. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin distribütori Universal Studios və Metro-Goldwyn-Mayer studiyalarıdır.
Məzmun
Əvvəlki filmlərdə İblisləri sərbəst buraxan "Ölülərin kitabı" () mənasına gələn "Necronomicon ex Mortis" adlı kitabı tapan Eş Vilyams sehrli sözlər deyərək avtomobili ilə birlikdə zaman çuxuru tərəfindən 1318-ci ilə düşür. Eş 1318-ci ilə düşən zaman düşdüyü yerin insanları onu ingilis cəngavərləriylə döyüşən Skoç Dyuk Henrinin adamlarından biri sayaraq onu əsir götürür və aparırlar. Rahib onun səmadan gələn xilaskar sayaraq silahlarını saxlayır. Eş qalada öldürülməsi üçün İblisə bənzər bir varlığın yaşadığı çuxura atılır. Eş onunla mübarizə aparan zaman Rahib onun zəncirli mişarını verir. Həmin varlığın üzərində qələbə çalan Eş çuxurdan çıxır. "Boomstick" dediyi tüfəngini tapan Eş öz zamanına geri dönməsinə kömək etmələri üçün çuxur ətrafından toplaşan insanları qorxudur. Rahibə görə Eşi geri göndərməyin tək yolu "Necronomicon ex Mortis" kitabını tapıb gətirmək və bu zaman sehrli sözlər söyləməkdir. Bu müddətdə Eş Şeyla adlı xanıma aşiq olur.
Eş Vilyams "Necronomicon ex Mortis" kitabını tapmaq üçün yola çıxır. Bu zaman pərili meşədən keçər. Görünməyən varlıqlar isə Eşi izləməyə başlayır. İki ağacın arasından keçərkən ona siması görünməyən qəribə sifət baxır. Bu zaman varlıqlardan qaçan Eş yeldəyirmana tərəf sığınır. Lakin Eç burada səhvən bir ayna qırar. Bu zaman Eşin aynanın qırıq parçalarındakı əks olunmaları canlanır və onlar Eşə əziyyət verməyə başlayırlar. Onlardan biri Eşin mədəsini girir. Eş isə qaynar su içərək onu öldürməyə çalışır. Bir müddət sonra Eşin çiynindən kəllə çıxmağa başlayır. Eş təşvişə düşərək meşəyə qaçır. Meşədə isə pis Eş və yaxşı Eş olaraq iki hissəyə ayrılırlar. Eş pis Eşi sifətindən vuraraq onu zəncirli mişarıyla parçalara bölür və ardınca torpağa basdırır.
Eş kitabın saxlandığı yerə çatdığı zaman 1 kitab yerinə 3 kitab tapır. Əziyyətli sınaqlardan keçəndən sonra əsl kitabı tapır. Sehrli sözləri söyləməyə çalışan Eş, bu sözləri unutduğunu zənn edir. Zənn etdiyi doğru sözləri söyləyir, lakin bu sözlər doğru çıxmır. Əslində isə Eş həmin sözlər hesabına pis ruhları yenidən sərbəst buraxır. Eş kitabı bağlayır və qalaya qaçır. Bu vaxt pis Eş məzarından çıxır və "Qaranlığın Ordusu"nu hazırlayır.
Qalaya geri dönən Eş yaratdığı problemlərə baxmayaraq öz zamanına dönmək üçün israr edir. Amma Şeyla uçan bir iblis tərəfindən qaçırıldıqdan sonra "Qaranlığın ordusu" ilə döyüşmək üçün insanlara başçılıq etməyə qərar verir. İnsanlar istəmədən döyüşsələr də, Eşin tərəfindən iştirak edirlər. Eş müasir məlumatları, avtomobilinin baqajındaki kimya və mühəndislik kitabları, həmçinin, Dyuk Herrinqin köməyi ilə Qaranlığın ordusunu məğlubiyyətə uğradır və Şeylanı xilas edir. Bütün baş verən hadisələrdən sonra Eş gələcəyə dönmək istəyir. Lakin bu zaman Eş çox irəli gedir... Filmin sonunda Eş dükanda olarkən qorxunc ölülərdən biriylə üzləşir. Eş ona çox sayda atəş açaraq qəhrəmanlığını bir daha göstərir.
Rollarda Ad Rol Qeydlər Brüs Kempbell Eş Vilyams Baş qəhrəman Embedt Devitz Şeyla Bricit Fonda Linda Markus Qilbert Lord Artur Yen Eberkrombi Ueysmen Ted Reymi Qorxaq döyüşçü Dek Anderson Mini-Eş #2 Brüs Tomas Mini-Eş #3 Sara Şirer Qoca qadın Patrisiya Tellman Küpəgirən qarının təsiri altındakı qadın Ancela Fezerstoun S-Mart-dakı qız Sem Reymi Cəngavərlərdən biri titrdə göstərilməyib Coş Beker Feyk Şemp filmin üç hissəsində müxtəlif rollarda iştirak edib Bernard Rouz Feyk Şemp Ayvan Reymi Feyk Şemp
Maraqlı faktlar Film üç adla tanınır: "Qaranlığın ordusu", "Qorxunc ölülər 3: Qaranlığın ordusu" və "Brüs Kempbell Qaranlıq ordusuna qarşı". Filmin üç versiyası mövcuddur: 88 dəqiqə (teatr versiyası), 80 dəqiqə (DVD versiya), 95 dəqiqə (orijinal versiya).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-nin qaranlıq fentezi filmləri Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:1992-ci ilin qorxu filmləri Kateqoriya:Qara yumor filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:Ən Yaxşı Qorxu filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:Sem Reyminin filmləri Kateqoriya:Qəsrlər haqqında filmlər Kateqoriya:Orta əsrlər haqqında filmlər