Məmmədhəsənov Rafiq Musa oğlu () — tibb elmləri doktoru (1990), professor, Əməkdar elm xadimi (2000), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006–2020, III, IV, V çağırış) məşhur "91-lər" sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP Siyasi Şurasının üzvü, Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür

Həyatı Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci il sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1963-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib.

1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib. 1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu 2-ci müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.

Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.

1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.

1992-ci ilin noyabrından YAP-ın üzvüdür. YAP siyasi şurasının üzvüdür. 13 may 2006-cı ildə III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar deputat (IV çağırış) seçilib. 1 noyabr 2015-ci ildə (V) çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

Təltif və mükafatları "Əməkdar elm xadimi" fəxri adı — 2000 "Tərəqqi" medalı — 2010 Azərbaycan Prezidentinin fəxri diplomu — 30 noyabr 2022 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 2-ci dərəcəli "Əmək" ordeni — 29 sentyabr 2025

Xarici keçidlər

Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Tibb Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan professorları