Məzmun Filmin müəllifləri həbs düşərgələrində olmazın əzablara məruz qalmış insanın yaddaşı vasitəsilə dəhşətli müharibənin zorakılığını göstərməyə çalışmışlar. Müəlliflər belə bir nəticəyə gəlirlər ki, insan gözəllik və xoşbəxtlik üçün yaranıb, müharibə isə insanlara əzab və müsibət gətirir.
Film haqqında Quraşdırma çəkilişləri üsulunda yaradılmış filmdə əsasən bədii və sənədli kadrlardan istifadə edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Leyla Səfərova, Firəngiz Qurbanova Rejissor: Firəngiz Qurbanova Quruluşçu rəssam: Firəngiz Qurbanova Operatorlar: Kənan Məmmədov, Rafiq İsmayılzadə Səs operatoru: Yevgeni Terexov Musiqi redaktoru: İsmayıl Dadaşov Rəssam: Elman Mirzəyev Rejissor assistenti: Zəkiyyə Mahmudova Redaktor: Ədhəm Qulubəyov Montaj edən: Rəfiqə İbrahimova (R.İbrahimova kimi) Filmin direktoru: O.Əliyev
Rollarda Nuriyyə Əhmədova — şlyapalı qadın Davud İmanov — kişi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər