Afaq Şıxlı () — həkim, şairə, publisist, tərcüməçi Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
Həyatı Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır.
1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.
2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyininAfaq Şıxlı Avrasiya Yazarlar Birliyinin üzvü seçildi , Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Ailəlidir. İki övlad anasıdır.
Görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlınin qohumudur.
Ədəbi fəaliyyəti Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olmuşdur.
Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunmuşdur.
Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnallarda), eləcə də, bir çox internet saytlarda dərc edilib. 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir.
6 şeir və hekayə toplusunun müəllifidir.
Türk və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda dərc olunub.
Öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.
Kitabları Qəlbimin dedikləri. Bakı: Araz, 2003. Redaktor: Mehdi Şixlinski. Sevərsənmi. Bakı: Xəzər universiteti nəşriyyatı, 2005. Redaktor: Knyaz Aslan. Məndən uzaqda . Bakı: Xəzər universiteti nəşriyyatı, 2008. Redaktor: Knyaz Aslan. Səni düşünürəm. Bakı: Adiloğlu, 2011. Redaktor: Elman Tovuz. Ömrümün beşinci fəsli. Bakı. 2013. Redaktor: Professor Məmməd İsmayıl. Dostlarım, bana da bahar gönderin! Türkiyə. 2013.(Türkiyə türkcəsi). Uyğunlaşdıran və redaktor: İmdat Avşar. Yeddidən biri. Bədii tərcümələr. Saratov. 2014. Redaktor: Professor Məmməd İsmayıl və şair Elman Tovuz. Bədii tərcümələr. Bakı. 2014. "sənə-demədiklərim-".html Sənə demədiklərim. Bakı. 2015.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanın qadın şairləri