Təzəşəhr (, ) və ya Köhnəşəhər (, ) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhər.
2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,216 nəfər və 1,783 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Tarix Köhnəşəhərin qədimi və nisbətən böyük qəbristanlığı var və indiyə qədər bu qəbristanlıqda heç bir tarixi araşdırma edilmiyib. Bəzi tarix yazanlara görə qədim Səlmas şəhəri indiki Köhnəşəhər olmalıdır və indiki Səlmas Dilman şəhəri idi ki sonralar böyüdü və İran inqilabından sonra bu adla tanındı.
Əhalisi Köhnəşəhərin əhalisi iki tayfadan ibarətdir: Kütik (Kütih) və Dağıstan.
Qalereya
İstinadlar
Kateqoriya:Qərbi Azərbaycan ostanının şəhərləri Kateqoriya:Salmas şəhristanının kəndləri