Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər.
Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'''i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur. Dikinson və 1989-cu ildə qrupdan ayrılan Adriyan Smit 1999-cu ildə yenidən heyətə geri qayıdır. 2006-cı ildə yenidən fəaliyyətini bərpa edən qrupun son studiya albomu "A Matter of Life and Death" Billboard 200 siyahısında 9-cu sıraya qədər yüksəlir. Iron Maiden musiqi kanalı MTV-in "bütün zamanların ən yaxşı heavy metal qrupları" siyahısında dördüncü sırada yer almışdır.
Heyət İndiki heyət Stiv Harris — bas-gitara, bek-vokal, klaviş alətləri (1975—h.h.) Deyv Myurrey — gitara (1976—1977, 1977—h.h.) Adrian Smit — gitara, bek-vokal (1980—1990, 1999—h.h.) Bryus Dikinson — vokal (1981—1993, 1999—h.h.) Niko Makbreyn — zərb alətləri (1982—h.h.) Yanik Gers — gitara (1990—h.h.)
Sessiya musiqiçiləri Maykl Kenney — klaviş alətləri, sentezator (1988—h.h.)
Keçmiş üzvləri
Pol Dey — vokal (1975—1976) Ron Metyuz — zərb alətləri (1975—1977) Terri Rens — gitara (1975—1976) Deyv Sallivan — gitara (1975—1976) Dennis Uilkok — vokal (1976—1978) Bob Soyer — gitara (1977) Terri Voprom — gitara (1977—1978) Toni Mur — klaviş alətləri (1977) Tanderstik — zərb alətləri (1977) Duq Sempson — zərb alətləri (1977—1979)
Pol Di'Anno — vokal (1978—1981) Pol Keens — gitara (1979) Pol Todd — gitara (1979) Toni Parsons — gitara (1979) Dennis Stretton — gitara (1979—1980) Klayv Barr — zərb alətləri (1979—1982) † Bleyz Beyli — vokal (1994—1999)
Diskoqrafiya Studiya albomları Iron Maiden (1980) Killers (1981) The Number of the Beast (1982) Piece of Mind (1983) Powerslave (1984) Somewhere in Time (1986) Seventh Son of a Seventh Son (1988) No Prayer for the Dying (1990) Fear of the Dark (1992) The X Factor (1995) Virtual XI (1998) Brave New World (2000) Dance of Death (2003) A Matter of Life and Death (2006) The Final Frontier (2010) The Book Of Souls (2015)Senjutsu'' (2021)
Kateqoriya:Böyük Britaniya metal musiqi qrupları Kateqoriya:1975-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Parlophone artistləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:EMI Records artistləri Kateqoriya:Epic Records artistləri Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:Kvintetlər Kateqoriya:Britaniya rok-qrupları Kateqoriya:Dünya rekordçuları