"Şalke Gelzenkirxen 04 Futbol Klubu", () daha çox bilinən adı ilə "Şalke 04" və ya sadəcə "Şalke" — Almaniyanın Gelzenkirxen şəhərində yerləşən peşəkar futbol klubu. Hazırda Almaniyanın 2. səviyyəli liqası olan 2. Bundesliqada çıxış edir.

Klubun ləqəbi olan "Die Kanppen"dən də məlum olduğu üzrə "Şalke" işçi klubudur. "04" klubun yaranma tarixi olan 1904-cü illə əlaqədardır. "Şalke" Almaniyanın ən populyar futbol komandalarından biridir, baxmayaraq ki, klubun ən uğurlu dövrü 1930 və 1940-cı illərə təsadüf edir. 2023-cü ildə olan məlumata görə, klubun 178,000 üzvü var kiBunse, Stefan (19 may 2023). "Schalke: Starke Entwicklung bei den Mitgliederzahlen - Schröder ruft neues Ziel aus". RevierSport online (alman dilində). 7 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2025., bu da onu Almaniyada ikinci, dünyada isə üzvlərinin sayına görə dördüncü ən böyük futbol klubu edir. "Fußballclubs weltweit – Anzahl der Mitglieder 2021". 22 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2025

"Şalke" Alman yüksək divizionunun 7 dəfə qalibi olmuşdur. Həmçinin 5 dəfə Almaniya kubokunun, 1 dəfə Almaniya liqa kubokunun, bir dəfə isə Almaniya superkubokunun sahibi olmuşdur. Beynəlxalq turnirlərdə isə 1 dəfə UEFA Kubokunun, iki dəfə UEFA İntertoto Kubokunun qalibi olmuşdur. 1937-ci ildə klub həm liqanın, həm də kubokun qalibi olaraq "dubl" etməyi bacaran ilk alman klubu olur. 2001-ci ildən bəri oyunlarını "Feltins-Arena" stadionunda keçirir. Rur qonşuları olan Borussiya Dortmund ilə uzun müddətli bir rəqabətləri vardır. Aralarında oynadıqları matçların adı "Revierderby" adlanır.

Tarixi 1904-1927 — İlk illər thumb|1900-cü illərdə Rur regionundakı tipik mədən quruluşu — "Şalke" klubunun "Die Knappen" ləqəbinin mənşəyi də məhz buradan gəlir. Bu ifadə alman dilində "mədənçi" mənasını verən qədim bir sözdür. Komanda Gelzenkirxen şəhərindəki kömür mədənlərində çalışan fəhlələrdən bir çox oyunçu və azarkeş qazandığı üçün bu adla tanınmağa başlamışdı. Klub 4 may 1904-cü ildə bir qrup orta məktəb şagirdi tərəfindən "Westfalia Şalke" adı ilə təsis olunub. İlk illərdə qırmızı və sarı rənglərdən istifadə edib. Komanda Qərbi Almaniya Futbol Assosiasiyasına ("Westdeutscher Spielverband") qəbul oluna bilmədi və Almaniyada futbolun erkən dövrlərində mövcud olan qeyri-rəsmi assosiasiyalarda çıxış etməyə məcbur oldu. 1912-ci ildə illərlə uğursuz cəhdlərdən sonra rəsmi liqaya daxil olmaq məqsədilə "Schalker Turnverein 1877" adlı gimnastika klubu ilə birləşdi. Bu razılaşma 1915-ci ilə qədər davam etdi və həmin il "SV Westfalia Schalke" müstəqil klub kimi yenidən quruldu. Lakin bu ayrılıq uzun sürmədi və 1919-cu ildə tərəflər yenidən birləşərək "Turn- und Sportverein Schalke 1877" adını aldılar. Yeni klub ilk uğurunu 1923-cü ildə "Şalke Kreysliqası"nın çempionu olaraq qazandı. Məhz bu dövrdə klub çoxlu sayda oyunçu və azarkeşini Gelzenkirxen şəhərinin kömür mədənçilərindən topladığı üçün "mədənçilər" mənasını verən qədim alman sözü olan Die Knappen ləqəbini aldı.

1924-cü ildə futbol komandası yenidən gimnastlarla yollarını ayırdı, bu dəfə klub sədrini də özü ilə apardı. Onlar "FC Schalke 04" adını qəbul etdilər və bu gün artıq tanınan göy-ağ formaya keçdilər. Bu forma onlara ikinci ləqəblərini – "Die Königsblauen" () qazandırdı. Ertəsi il klub qısa, dəqiq və fərdi ötürmələrə əsaslanan oyun tərzi ilə yerli səviyyədə üstünlük qazandı. Bu sistem sonralar "Schalker Kreisel" () adı ilə məşhurlaşdı. 1927-ci ildə bu oyun üslubu onları "Gauliga Ruhr" liqasının yüksək divizionuna, oradan da liqa çempionluğuna və milli final mərhələsinin ilkin raundlarına qədər daşıdı.

1928-1933 — Üstünlüyə doğru yüksəliş

Klubun ilkin uğurlarından sonra "Şalke 04" tez bir zamanda xüsusilə fəhlə sinfi arasında populyarlıq qazandı. 1928-ci ildə klub yeni stadion — "Glückauf-Kampfbahn"u inşa etdi və şəhər rəhbərliyinin göstərdiyi dəstəyi qiymətləndirərək adını "FC Gelsenkirchen-Schalke 04" olaraq dəyişdi. 1929-cu ildə klub ilk dəfə Qərbi Almaniya çempionatının qalibi oldu. Lakin növbəti il liqa tərəfindən müəyyən olunmuş maaş limitlərini aşdığı üçün cəzalandırıldı və o dövrün peşəkarlığı qəbul etməyən idman mühitində klub yarım ilə yaxın müddətə yarışlardan kənarlaşdırıldı.

Lakin bu cəza klubun populyarlığına demək olar ki, heç bir təsir göstərmədi: 1931-ci ilin iyun ayında cəzadan sonrakı ilk oyunda "Fortuna Düsseldorf"a qarşı keçirilən matça 70,000 azarkeş toplaşaraq komandaya dəstək verdi. 1931-ci ildən etibarən klubun uğurları artmağa başladı və 1932 Almaniya futbol çempionatında yarımfinala yüksəldi. Burada "Ayntraxt Frankfurt" klubuna 1–2 hesabı ilə məğlub oldu. Növbəti il isə "Fortuna Düsseldorf" ilə finalda qarşılaşdı, lakin bu dəfə rəqib üstün oyun göstərərək 3–0 hesabı ilə qalib gəldi.

1933-1945 — Çempionluq illəri

1933-cü ildə Nasist Rejimi dövründə Alman futbolunun yenidən təşkilindən sonra "Şalke", ölkədəki saysız-hesabsız regional və yerli liqaları əvəzləyən 16 yüksək diviziondan biri olan "Gauliga Westfalen" liqasına daxil edildi. Bu dövr klub tarixinin ən uğurlu onilliyi oldu: 1933–1942-ci illər arasında Şalke ümumilikdə 18 milli final mərhələsinin 14-də iştirak etdi (on dəfə Almaniya futbol çempionatında, səkkiz dəfə isə bu günün DFB-Pokal turnirinin sələfi olan Tschammerpokalda) və iştirak etdiyi hər 11 mövsümdə öz liqasının qalibi oldu.

Klub "Gauliga Westfalen" çərçivəsində keçirdiyi 11 mövsüm ərzində ev oyunlarında heç vaxt məğlub olmadı və yalnız altı səfər oyununda uduzdu. 1935–36, 1936–37, 1937–38, 1938–39, 1940–41 və 1942–43 mövsümlərində isə məğlubiyyətsiz seriya ilə çıxış etdi. Bütün bunlar klubun həmin dövrdəki üstünlüyünün açıq göstəricisidir. thumb|1941-ci ildə "Şalke" azarkeşləri Şalkenin ilk milli çempionluğu 1934-cü ildə favorit sayılan "1. FC Nürnberg" üzərində 2–1 hesablı qələbə ilə gəldi. Növbəti il klub titulu uğurla müdafiə edərək "Ştutqart"ı 6–4 hesabı ilə məğlub etdi. 1936-cı ildə finala çıxmasalar da, sonrakı altı ilin hər birində çempionatın final mərhələsində iştirak etdilər və 1937, 1939, 1940 və 1942-ci illərdə qalib oldular. Bu milli finallardan üçü Avstriyadan olan klublara qarşı baş tutmuşdu — "Admira Vyana", "Rapid Vyana" və "First Vienna". Bu komandalar 1938-ci ildə Anşluss nəticəsində Avstriyanın Almaniyaya birləşdirilməsindən sonra Almaniyanın "Gauliga Ostmark" liqasında çıxış edirdilər.

"Die Königsblauen" "Tschammerpokal" turnirinin final mərhələlərində də tez-tez çıxış edirdilər, lakin orada o qədər də uğurlu ola bilmədilər. Onlar 1935-ci ildə keçirilən ilk Tschammerpokal finalında "1. FC Nürnberg"ə 0–2 hesabı ilə məğlub oldular. Daha sonra 1936, 1941 və 1942-ci illərdə də finala yüksəlsələr də, yenə məğlubiyyətlə üzləşdilər. Bu turnirdə yeganə qələbələrini 1937-ci ildə "Fortuna Düsseldorf"a qarşı qazandılar.

1933–1945-ci illər arasında keçən ondan çox mövsümdə "Şalke" "Gauliga"da keçirdiyi 189 oyunun 162-də qalib gəldi, 21-də heç-heçə etdi və cəmi 6 məğlubiyyət aldı. Bu dövr ərzində 924 qol vurub, cəmi 145 qol buraxdılar. 1935–1939-cu illər arasında isə bir dəfə də olsun liqa oyunu uduzmadılar. Klubun bu dövrdəki tam üstünlüyü Nasistlər tərəfindən təbliğat məqsədləri üçün istifadə olunur, "Şalke" "yeni Almaniyanın" nümunəsi kimi təqdim edilirdi.

1945-1959 — Müharibədən sonrakı dövr thumb|Fritz Şepan ilə birlikdə tez-tez "Şalke" tarixinin ən böyük futbolçusu hesab olunan Ernst Kuzorra, eyni zamanda Alman futbol tarixinin ən görkəmli hücumçularından biri kimi tanınır. O, Şalkeni 1934–1942-ci illər arasında altı dəfə Almaniya futbol çempionatının və bir dəfə də DFB-Pokalın qalibi edərək ölkə futbolunun dominant komandasına çevirmişdi. Ernst Kuzorra həm də "Şalker Kreisel" kimi tanınan oyun sisteminin əsas aparıcı fiqurlarından biri idi. Bu sistem, sürətli və qısa ötürmələrə əsaslanaraq rəqibi çaşdırmaq və üstünlük qazanmaq məqsədi daşıyırdı. İkinci Dünya müharibəsinin sonuna yaxın Almaniyada xaosun hökm sürdüyü bir dövrdə, "Şalke" 1945-ci ildə cəmi iki oyun keçirə bildi. Müharibədən sonra klub fəaliyyətini bərpa etdi və bir neçə il ərzində yenə də güclü komanda olaraq çıxış etməyə davam etdi. Onlar milli çempionat mərhələsində "SpVgg Herten" üzərində 20–0 hesablı qələbə qazanaraq rekord müəyyən etdilər. Lakin bu nəticə daha çox Alman futbolunun həmin dövrdəki zəif durumunu əks etdirirdi, nəinki komandanın gücünü.

Bu dövrdən sonra "Şalke"nin oyunu zəifləməyə başladı və 1947-ci ildə yeni yaradılmış "Oberliga West" liqasını yalnız altıncı pillədə tamamladılar. Cəmi iki il sonra isə klub 12-ci yerə qədər gerilədi.

"Şalke" əvvəlki gücünü bərpa etmək üçün 1950-ci illərin ortalarına qədər gözləməli oldu. 1954-cü ildə "Oberliga West" çempionluğu uğrunda gərgin üçlü yarışda mövsümün son oyununda qərar verilərək üçüncü yerdə tamamladılar. Növbəti il isə "DFB-Pokal" finalına yüksəldilər, lakin burada "Karlsruher" klubuna 2–3 hesabı ilə məğlub oldular.

Klubun növbəti və bu günə qədər sonuncu Almaniya çempionluğu isə 1958-ci ildə finalda "Hamburq" üzərində 3–0 hesablı qələbə ilə gəldi.

"Şalke"nin güclü azarkeş bazası təkcə stadionlarla məhdudlaşmır; bu, Gelzenkirxen şəhərində yerləşən St. Joseph kilsəsində də sənədləşdirilmişdir. 1958-ci il qələbəsindən qısa müddət sonra təmir olunan bu kilsədəki şüşə mozaikaların birində Aloysius Gonzaga bir futbol topu ilə, "Şalke" forması və rənglərində təsvir olunub.

1960-2000 — Bundesliqaya daxilolma və “Avrofayter”lər dövrü

1963-cü ildə Bundesliqanın – Qərbi Almaniyanın yeni peşəkar milli futbol liqasının yaradılmasına qədər olan illərdə "Şalke" yaxşı çıxış edərək bir neçə dəfə ilk dördlükdə yer aldı. Bu nəticələr sayəsində 16 komandadan biri kimi yeni yaradılan Bundesliqaya daxil olmağa haqq qazandılar.

Bundesliqadakı ilk illəri "Şalke" üçün çətin keçdi. 1964–65 mövsümündə liqa 18 komandaya genişləndiriləndə qismən şans nəticəsində aşağı liqaya düşməkdən xilas oldular. Sonrakı illərdə liqa cədvəlinin aşağı sıralarında qərarlaşsalar da, 1971–72 mövsümündə ciddi irəliləyiş göstərdilər və mövsümün böyük hissəsində lider olaraq, nəhayət, "Bayern Münxen"in ardından ikinci yeri tutdular. Həmin mövsümdə klub tarixində ikinci dəfə "DFB-Pokal"ı qazandı.

Lakin bu uğurların kölgəsində klub böyük bir böhranla üz-üzə qaldı. 1971-ci il Bundesliqa qalmaqalı çərçivəsində bir sıra "Şalke" futbolçuları və klub rəsmiləri rüşvət almaqda ittiham olundu. Araşdırmalar göstərdi ki, klub bilərəkdən 17 may tarixində "Arminia Bielefeld"ə qarşı keçirilən 28-ci tur oyununda 0–1 hesabı ilə məğlub olmuşdu. Nəticədə, milli komandanın da əsas oyunçuları olan Klaus Fischer, Reinhard "Stan" Libuda və Klaus Fichtel də daxil olmaqla bir neçə futbolçuya ömürlük cəza verildi.

Sonradan bu cəzalar 6 ay ilə 2 il arasında dəyişən müddətli diskvalifikasiyalarla əvəz olunsa da, qalmaqal klubun 1970-ci illərdə dominant komanda olma potensialını ciddi şəkildə zədələdi.

1973-cü ildə klub 1974 FİFA Dünya Kuboku üçün inşa olunmuş və 70,000 tamaşaçı tutumuna malik olan "Parkstadion"a köçdü. Qalmaqaldan sonra komandanın nəticələri qeyri-stabil idi. 1976–77 mövsümündə bir daha Bundesliqada ikinci yeri tutaraq, çempion "Borussiya Münxenqladbax"ın yalnız bir xal gerisində qərarlaşdılar.

1980-ci illərin əvvəllərində Die Knappen çətin dövrə qədəm qoydu və 1981–82 mövsümündə 2. Bundesliqaya düşdülər. Qısa müddət sonra yüksəlsələr də, 1983–84 mövsümündə yenidən aşağı liqaya düşdülər. 1984-cü ildə Bundesliqaya qayıtdılar, lakin 1988-ci ildə bir daha 2-ci liqaya enmək məcburiyyətində qaldılar.

Nəhayət, 1991–92 mövsümündə yenidən Bundesliqaya yüksəldilər və 2021-ci ilə qədər elitada qaldılar. thumb|1997 UEFA Kuboku finalı. "Şalke" və "İnter" komandalarının heyətləri və taktiki düzülüşləri.