Sonic the Hedgehog (16-bit) (, ) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi.

"Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.

Hekayə

Oyunun birinci seriyasında Kirpi Sonik () ilk dəfə olaraq Həkim Ayvo "Eqqman" () Robotçu ilə üzləşir. Həkim Eqqman dünyanı ələ keçirmək üçün Sonikin dostlarını həbs edir və onlardan istifadə edərək, robotlarını bütün dünyaya yaymaq istəyir. Həmçinin, Həkim Eqqman "Haos Zümrüdləri"ni () ələ keçirməyə çalışır ki, öz qüdrətini daha da artıraraq dünyanı çox asan ələ keçirə bilsin. Bu səbəbdən Sonik öz dostlarını və dünyanı xilas etmək üçün ilk növbədə Eqqmanın robotları, sonda isə onun özü ilə mübarizə aparmalıdır. Hal-hazırda Sonik adadan çıxan yeganə sağ canlıdır. Adadakı bütün canlılar Eqqman tərəfindən ələ keçirilmişdir. Sonik dostlarını xilas etmək üçün 7 raunddan keçməlidir. Hər raundda Sonik "Üzüyə" bənzər xalları qazanmalıdır ki, məğlub olmasın. Raundlarda 50 xal qazandıqdan sonra xüsusi raunda düşərək bonus qazanır. Kirpi Sonikin kiçik boyuna baxmayaraq Eqqmanın qurduğu bütün çətinliklərinə üstün gələrək, adadan qaçırılan canlıları xilas etməyə başlayır. Oyunun sonuncu raundun başa çatmasından sonra Sonik Eqqmanın daxili laboratoriyasına hücum edir. Sonik və Eqqman üz-üzə gələrək mübarizə aparmağa başlayırlar. Həkim Eqqman Sonikə "Silindrik qutu" ilə transportasiya, yəni, həm yuxarıdan, həm də aşağıdan hücum edir. Bu zaman isə Kürəvi lazer şüaları meydana çıxır. Kürəvi lazer şüalardan qorunmaq üçün Sonik onların arasında dayanmalıdır. Mübarizənin çətin olmasına baxmayaraq Sonik Eqqmanın hücumlarını dəf edir və onu məğlub edir. Hekayənin sonunda Sonikin bütün dostları şənlik edirlər. Həkim Eqqman isə əsəbindən kartları sağa-sola fırlatmağa başlayır.

Oyun Sonic the Hedgehog videooyunu 2D qrafiki əsasında hazırlanmışdır. Süjetə görə Sonik ilk dəfə olaraq dünyanı ələ keçirməyə çalışan Həkim Robotçu ilə qarşılaşır. Həkim Robotçu bandik adlı robotlar hazırlamaq üçün müxtəlif heyvanlardan istifadə etməyə başlayır və qüdrətini artırmaq üçün Haos Zümrüdlərini əldə etməyə çalışır. Kirpi Sonik isə onun planlarını pozaraq, dostlarını xilas etmək niyyətindədir. Videooyunun əsas elementlərindən biri Sonikin qızıl üzüklər toplamasıdır. Bu üzüklər onu düşmənlərindən qoruyur. Üzüklərin sayı 100-ə çatarsa, Sonik can qazanır. Oyunçu rəngarəngli altı oyunu keçməlidir.

Raundlar Ad Tərcümə 1 Green Hill Zone 2 Marble Zone 3 Spring Yard Zone 4 Labyrinth Zone 5 Star Light Zone 6 Scrap Brain Zone

Saundtrek "Sonic the Hedgehog" videooyununun bəstəkarı Masato Nakamuradır. Videooyunun musiqiləri "J-pop" janrında ifa edən Yaponiyanın musiqi qrupu olan "Dreams Come True" tərəfindən ifa edilir. Musiqilərdə səs effektlərinin keyfiyyətli olmasından ötrü "Yamaha" firması tərəfindən hazırlanan "Yamaha YM2612" və "Texas Instruments" firması tərəfindən hazırlanan "Texas Instruments SN76489" adlı səsgeneratoru olan mikrosxemlərdən istifadə olunmuşdu. İlk dəfə "Sonic the Hedgehog" və "Sonic the Hedgehog 2" seriyalarının musiqi albomunun çıxış tarixi videooyunun 20 illiyində Yaponiyada 19 oktyabr 2011-ci ildə baş tutmuşdur.POCS-21032~4 Sonic the Hedgehog and Sonic the Hedgehog 2 soundtrack Vgmdb.net sayında, Yoxlanılıb: 18 avqust 2014 Musiqi albomu "Sonic the Hedgehog 1&2 Sountrack" () adı altında "DCT Records" tərəfindən istehsal olunmuşdur. Birinci disk orijinal musiqiləri, ikinci disk isə orijinal musiqilərin demo versiyalarını ehtiva edir. Üçüncü diskdə isə "Dreams Come True" qrupu tərəfindən ifa edilən "Sweet Sweet Sweet" () mahnısı vardır. Bu mahnının ingiliscə versiyası "Şirin arzular" () kimi səslənir və həmin ildə ABŞ ifaçısı "Akon" tərəfindən mahnının remiks forması ifa edilmişdir. "Sweet Sweet Sweet" mahnısı "Sonic the Hedgehog" oyununun sonunda səslənir.

"History of Sonic: Birth of an Icon" adlı sənədli filmdə Nakamura qeyd edir ki, bu trekləri videooyun kimi yox, film kimi bəstələmişdir. Lakin "Mega Drive/Genesis" konsolları yalnız 4-kartrayc səslə musiqiləri səsləndirirdilər. Bu səbəbdən Nakamura musiqilər üçün xüsusi səs effektləri hazırlamışdır. "Green Hill Zone"zonası üçün hazırlanan musiqi treki "ScrewAttack" və "Computer and Video Games" resenziyasına görə "Bütün videooyunların ən yaxşı musiqi treki" sayılır. Bu albomdan başqa videooyunda səslənən bir sıra kompozisiyalar "Sonic the Hedgehog 10th Anniversary (2001)" və "History of Sonic Music 20th Anniversary Edition (2011)" albomlarına daxil edilmişdi.

İstinadlar

Xarici keçidlər

Sonic the Hedgehog 16-bit Sonic Retro.com saytında Sonic the Hedgehog (1991) Sonic News Network.com saytında

Kateqoriya:Sonic the Hedgehog seriyasının oyunları Kateqoriya:Platforma videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:1991-ci ilin videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Windows videooyunları