Sent cons — Antiqua və Barbudanın paytaxtı.
Şəhər karib dənizi buxtasında Antiqua adasının şimal-qərb sahilində yerləşir. Şəhər iri dəniz limanıdır. Turizm mərkəzidir.
Tarixi Sent-Cons şəhəri 1632-ci ildə Sent-Kitts adasından gəlmiş ingilislər tərəfindən salınıb. XVIII əsrdən Sent-Cons Britaniya kral donanmasının Vest-İndiya qərargahı olmuşdur. 1981-ci ildən müstəqil Antiqua və Barbuda dövlətinin paytaxtıdır.
İqtisadiyyatı Neft məhsullarının istehsalı və ixracı, rom, şəkər, pambıq istehsalı ilə məşğuldur. Çoxlu sənətkarlıq emalatxanaları var.
Diqqət çəkən binaları 1. Ceyms istehkamının xarabalıqları (1703) 2. Məhkəmənin binası (1747) 3. Müqəddəs iohan ingilis kilsəsi (1834)
İstinadlar
Ədəbiyyat Dünya ölkələri. Bakı 2004. səh. 367.
Kateqoriya:Antiqua və Barbuda şəhərləri Kateqoriya:Karib hövzəsi dövlətlərinin paytaxtları