Aleksandr Mixayloviç Nosov () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Aleksandr Mixayloviç Nosov 1922-ci ildə Rusiyanın Saratov vilayətinin Antarsk rayonunun Şerbinovka kəndində anadan olub. 1933-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1942-ci ildə könüllü olaraq orduya gedib. Qvardiyaçı kiçik serjant 56-cı ordunun 2-ci qvardiya atıcı diviziyasının 15-ci qvardiya atıcı alayının bölmə komandiri olub. Şimali Osetiya Respublikasının İrafsk rayonunun Uikol qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və 7 avqust 1943-cü ildə həlak olub. Adına Saratov vilayətində məktəb var.
Təltifləri "Lenin" ordeni, "Qırmızı ulduz" ordeni ilə təltif edilib.
Müharibədə göstərdiyi şücaətlərə görə Aleksandr Mixayloviç Nosov 1943-cü il 25 oktyabr tarixində "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülmüşdür.
İstinadlar
Ədəbiyyat "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı redaksiyası, Bakı, 2011. 546-cı səhifə.
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları