Mikki Maus () — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir.
Tarix Osvald əvəzinə 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır. Bu müddətdə isə Ab Ayverks və Les Klark gizi olaraq yeni personaj olan Mikki Maus personajı üzərində işləməyə başlayır.
Yeni personaj Ab Ayverks əvvəlcə Volt Disneyə qurbağa, pişik və it personajını təklif edir. Lakin Volt bu personjları qəbul etmir. Amma siçan personajı təklif olunan zaman Disney onu qəbul edir. Makkl Berrierin sözlərinə görə, Volt Disneyin bu personajı qəbul etməsini personajın cazibədarlılığı ilə əlaqələndirirdi. Voltun bu personajı seçməsinin əsas səbəb isə Voltun əvvəllər işlədiyi Kanzas-Sitidə yerləşən «Laugh-O-Gram» studiyasında olan çoxlu siçanların olması idi. Volt yadına həmin siçanlar düşdükdən sonra bu personajı qəbul edir və Mikki Maus personajı böyük uğur qazanır.
Xarici keçidlər
Disney'in Miki Maus səhifəsi Mickey-Mouse.com
Kateqoriya:Personajlar Kateqoriya:15 mayda yarananlar Kateqoriya:1928-ci ildə yarananlar Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:Uydurma müğənnilər Kateqoriya:Uydurma krallar Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Uydurmada danışan heyvanlar Kateqoriya:Disney personajları Kateqoriya:Mediafranşizalar Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:Şirkət talismanları Kateqoriya:Kişi komiks personajları Kateqoriya:Antropomorfik personajlar