Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı () - 1991-ci ildə yaradılmış beynəlxalq ümumi hüququn subyekti olmayan qeyri-hökümət (qeyri-dövlət) təşkilatı.

UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar.Barbara Crossette, Those Knocking, Unheeded, at U.N.'s Doors Find Champion, New York Times, December 18, 1994.Tishkov, Valerie, An Anthropology of NGOs , Eurozine, July 2008

UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.

Tarixi UNPO-nun ideyası öz müqəddəratını təyinetmə hərəkatlarının liderləri tərəfindən irəli sürülüb. Onların arasında Estoniya Konqresindən Linnart Mäll, Şərqi Türküstandan Erkin Alptekin və Tibetdən Lodi Gyari var idi. Onlara XIV Dalay Lamanın beynəlxalq hüquq üzrə müşaviri ilə birlikdə Michael van Walt van Praag də qoşulub. Qurucular Estoniya, Latviya, Tibet, Krım tatarları, Gürcüstan, Tatarıstan, Şərqi Türküstan, Şərqi Timor, Avstraliya aborigenləri, Filippində Kordilyerlər, Albaniyadakı yunan azlığı, Kürdüstan, Palau, Tayvan və Qərbi Papua milli hərəkatlarının nümayəndələri olublar. UNPO-nun əsas məqsədlərindən biri Tibet xalqının zülm qarşısında nümayiş etdirdiyi və XIV Dalay Lama tərəfindən müdafiə olunan qeyri-zorakılıq və etnoslararası tolerantlıq mesajını təkrarlamaq, eləcə də başqalarının da oxşar yanaşmaları qəbul etməsinə təşviq və dəstək göstərilən bir platforma yaratmaqdır.

UNPO 1991-ci ildə təsis olunduğu zaman baş qərargahını Niderlandın Haaqa şəhərində yerləşdirməyi seçib, çünki şəhər Beynəlxalq Sülh və Ədalət Şəhərinə çevrilməyi qarşısına məqsəd qoyub və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və Beynəlxalq Cinayət Məhkəməsi (BCM) kimi beynəlxalq məhkəmələrə ev sahibliyi edir. UNPO Baş Məclisinə katiblik dəstəyi göstərmək, həmçinin dünyada təmsil olunmayan xalqlarla bağlı tədqiqat və təhsil fəaliyyəti həyata keçirmək məqsədilə Niderlandda Fond yaradılıb. Fond Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Birləşmiş Millətlər Təşkilatı yanında daimi təmsilçiliyə malikdir. Fondun maliyyələşməsi üzvlərin ödədiyi haqlar, fiziki şəxslərin ianələri və fondların ayırdığı layihə əsaslı qrantlar hesabına təmin edilir.

Məqsədləri UNPO-nun məqsədi bütün xalqlar üçün muxtariyyət və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmək, hər bir millətin və xalqın eşidildiyi, qiymətləndirildiyi və hörmət olunduğu bir dünya yaratmağa çalışmaqdır. Təşkilat siyasi statusu müəyyən etmək, iqtisadi, sosial və mədəni inkişafa nail olmaq azadlığı da daxil olmaqla, əsas hüquqların hamı üçün təmin olunduğu gələcəyi əsas götürür.

UNPO beynəlxalq platforma vasitəsilə təmsil olunmayan xalqlar arasında bilik mübadiləsini təşviq edir. UNPO regionlararası layihələrə və beynəlxalq təşkilatlara, eləcə də icmalarla dialoqa dəstək verir. Təşkilat təmsil olunmayan xalqlara beynəlxalq forumlarda iştirak etmək və maraqlarını müdafiə etmək imkanı yaradır.

UNPO-nun fəaliyyəti zülm qarşısında qeyri-zorakı müqavimətin zəruriliyini vurğulayır. Bununla yanaşı, az təmsil olunan icmaların, xüsusilə, gənclərin və qadınların qərarqəbuletmə proseslərinə cəlb olunmasına diqqət yetirir. Demokratik dəyərləri gücləndirməklə, Qandi qeyri-zorakılıq prinsiplərini yaymaqla və insan hüquqlarını müdafiə etməklə təşkilat üzvlərinə mədəni kimliklərini qorumaq, eləcə də ekoloji və geosiyasi problemlərlə bağlı qlobal müzakirələrə töhfə vermək imkanı verir. Eyni ideyalı təşkilatlarla, akademik dairələrlə və beynəlxalq subyektlərlə strateji tərəfdaşlıq vasitəsilə UNPO insan hüquqları pozuntuları barədə maarifləndirir və üzvlərinin səsinin dünya səhnəsində eşidilməsinə dəstək olur.

UNPO üzvlərinin məqsədləri çox vaxt fərqli olsa da, onları birləşdirən bir cəhət var: onlar, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi iri beynəlxalq qurumlarda diplomatik səviyyədə təmsil olunmur, yaxud yalnız müşahidəçi kimi az əhəmiyyətli statusa malikdirlər. Nəticədə onların narahatlıqlarının insan hüquqlarını müdafiə etmək və münaqişələri həll etmək səlahiyyəti verilmiş qlobal qurumlar tərəfindən nəzərdən keçirilməsi imkanı məhduddur.

UNPO özünün təsis sənədi olan Razılaşmasında təsbit olunmuş beş prinsipə sadiqdir:

öz müqəddəratını təyinetmə hüququnda bərabərlik: öz müqəddəratını təyinetmə əsas insan hüquqlarına aid olmaqla, o, xalqlara öz siyasi, mədəni və sosial gələcəyini müəyyən etmək imkanı verir və qərarqəbuletmə proseslərində bütün səslərin eşidilməsini təmin edir; Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında, habelə digər beynəlxalq sənədlərdə təsbit olunmuş, beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquqları standartlarına riayət edilməsi: insan hüquqları etnik mənsubiyyətindən, vətəndaşlığından və ya hüquqi statusundan asılı olmayaraq bütün insanları siyasi, hüquqi və sosial sui-istifadələrdən qorumaq üçün nəzərdə tutulmuş universal normalardır; demokratik plüralizm prinsiplərinə riayət, totalitarizmin və dini dözümsüzlüyün rədd edilməsi: Demokratik plüralizm idarəçiliyin hesabatlı, şəffaf və xalqın tələblərinə həssas olduğu, əhatəli və iştirakçılığa əsaslanan sistemdir. O, müxtəlifliyi qəbul edir, fərqli mədəniyyətləri dəyərləndirir, bilik, fikir azadlığı və fərqli baxışlara açıqlıq vasitəsilə siyasi inklüzivliyi təşviq edir; qeyri-zorakılığın təşviqi və terrorun siyasət aləti kimi rədd edilməsi: qeyri-zorakılıq siyasi məqsədlərə çatmaq üçün zorakı hərəkətlərdən imtina etməkdir. UNPO üzvləri zülmə cavab olaraq dinc müqavimət göstərməyə və etnoslararası tolerantlığı təşviq etməyə çağırır; təbii mühitin qorunması: Ətraf mühitin mühafizəsi mədəniyyətləri qoruyan yaşayış mühitlərinin və ehtiyatların saxlanılması deməkdir. Yerli xalqlar və yerli icmalar ənənəvi ekoloji biliklərin daşıyıcıları kimi öz mühitini və həyat tərzini qorumaq üçün ən əlverişli mövqedədir.

Bütün üzvlər UNPO Razılaşmasını imzalamalı və ona əməl etməlidir. UNPO üzvlərində qeyri-zorakı metodlardan istifadə etmələri tələb olunur.

Təşkilıtn üzvləri Qüvvədə olan UNPO üzvləri aşağıdakılardır: MemberDate joined Aceh AnnobónAfrikanerlər Ahwazi (Xuzistanlı ərəblər) Aysorlar BəlucistanBarotselandBellahBetan bölgəsiKataloniya Çittaqonq dağ rayonu Krım tatarlarıKolumbiya dairəsiŞərqi Türküstan Gilgit-BaltistanQuam Haratin Hmong Ijaw İran Kürdüstanı Kabylia Khmer-krom Nagalim Niger Delta OgadenOgoni Oromolar Sindhilər Somalilend*Güney Molukk Adaları Respublikası Güney Azərbaycan Daxili Monqolustan Tayvan*Tibet Qərbi Bəlucistan Qərbi ToqolendlilərQərbi Papua Respublikası1991 Zambeziya

Xarici keçidlər UNPO Website UNPO Covenant UNPO Universal Declaration of the Rights of Peoples UNPO brochure Institute of the Rights of Peoples, UNPO Tartu Coordination Office, (Eastern Europe and Northern Asia) Political Resources list of Unrepresented Nations & Peoples Organisations

İstinadlar

Həmçinin bax Dövləti olmayan xalqlar

Kateqoriya:Pasifizm Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Etnik azlıqlar Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Sürgündəki hökumətlər Kateqoriya:Beynəlxalq qeyri-hökumət təşkilatları