Yusifov Dağıstan Eynal oğlu () — Azərbaycan alimi.

Həyatı Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikumuna qəbul olmuş, 1962-ci ildə həmin texnikumu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır.

1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir.

O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi.

1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib.

2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir.

D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir. Şöbədə müzakirə olunan Dissertasiya işini oxuyub, öz elmi fikirlərini tövsiyə edir.

Ailəlidir 4 övladı var. Dağıstan Eynal oğlu Yusifov 2018-ci il oktyabrın 6-sı 76 yaşında ürək tutmasından vəfat edib.

Mənbə Ağadadaş Qafarov, Akif Əsgərov. "Elmə həsr olunmuş ömür", Bütöv Azərbaycan qəzeti, № 20(152), 9–13 iyun 2012-ci il.

İstinadlar Yusifov Dağıstan Eynal oğlu

Kateqoriya:Zəngəzurda doğulanlar