Perikl (, — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495Суриков. s.282 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri,Суриков. s. 291 məşhur natiq və sərkərdə.

Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb.Суриков. s.288 Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.Суриков. s.297 Lakin, aristokratiyaya əsaslanan siyasi rəqibi Kimonun varisi Fukididdən fərqli olaraq, Perikl geniş xalq kütlələrinin maraqlarını təmsil edirdi.Суриков. s.302

Fukididin qovulmasından sonra Perikl Afinada ən nüfuzlu siyasətçi olaraq şəhəri faktiki idarə etməyə başladı. Demokratiyanın ən çox zirvəyə qalxdığı dövr həm də, bir dövlət xadimin hökmranlıq etdiyi dövr oldu.Суриков. s.318 Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri, xüsusilə də Akropolu məşhur tikililələrlə (Parfenon, Propilei və s.) bəzədi. Periklin zamanında Afina iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı (Perikl əsri). Onun dövründə Afina ellin dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi oldu.

E.ə. 431-ci ildə Peloponnes müharibəsi başladı. Periklin düzgün seçdiyi taktika nəticəsində afinalılar spartalılara müqavimət göstərə bildilər, lakin şəhərdə başlanmış epidemiya onun bütün planlarını alt-üst etdi.Суриков. s.347 O, şəhərdəki nüfuzunu itirməyə başladı və e.ə. 429-cu ildə, ehtimal ki, epidemiya nəticəsində vəfat etdi. Onun ölümü ilə yunan polislərinin ən çox inkişaf etdiyi dövr olan Perikl əsri qapandı.

Etimologiya "Perikl" adı "şöhrətlə əhatələnmiş" mənasını daşıyır. Bu ad Afinada nadir idi və Periklin qohumları və əcdadları arasında bu ada rast gəlinməmişdir.Суриков. s.283 Tarixçi İ. Surikov ehtimal edir ki, "Perikl" adı "Periklimen"in qısaldılmış formasıdır. Beləliklə Ksantipp və Aqariya oğullarını pilos Neleylilər sülaləsinin ən mühüm xadimlərindən olan əfsanəvi Periklimenin şərəfinə adlandırıblar. Onun nəvəsi Melanf dorilərin hücumu zamanı Attikaya qaçmışdıPavsani, II, 18, 8 və orada padşah olmuşdu. Alkmeonlar özlərini Neleylilərin əsas deyil, yan qollarından birinə aid edirdilər.

Mənbələr Narrativ ənənədə Periklin fəaliyyəti müasirlərindən daha yaxşı və ya daha pis təsvir edilməmişdir.Суриков. s.269 Lakin müasir tarixşünaslıqda o, öz müasirlərindən kəskin surətdə ayrılır. Qədim yunan müəllifləri onu digər insanlarla bir qiymətləndirir və heç də həmişə onun haqqında yüksək fikir bildirmirdilər.

Qədim müəəliflərdən yalnız Fukidid Perikli öz müasirlərindən kəskin ayırır. Məhz o, xadimin müasir obrazının inkişafında əsas rol oynamışdır. Fukididin əsəri Perikl haqqında ən mühüm qaynaqdır, çünki özlüyündə həm də qismən Perikli canlı görmüş müasirin hadisələr barədə xatirələrindən ibarətdir. Fukidid Periklin yalnız son illərini əhatəli şəkildə təsvir edir, lakin ona öz müasiri olan digər siyasi xadimlərdən daha yüksək qiymət verir:

"…Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş… Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi."Fukidid, II, 65

Fukididi öz əsərini Afinanın Peloponnes müharibəsindəki məğlubiyyətindən sonra tamamladı. Məğlubiyyətin səbəblərini ortaya çıxarmağa çalışarkən, o, ən mühüm səbəblərdən birinin yeni siyasətçi nəslinin, Periklin də təmsil etdiyi köhnə nəsilə nisbətən daha təcrübəsiz olmasında görür.Суриков. s.271 Fukidid yeni nəsilə köhnənin pis bənzəri kimi baxır.

Digər müəlliflərdəki Periklin obrazı, fukidididən fərqli olaraq, heç də müsbət deyil. Onu hətta tiraniyada ittiham edirdilər, hansı ki, bu son dərəcə ciddi ittiham idi.Суриков. s.272 Platon və Aristotel Perikli demokratiyanın deqradasiya prosesinə töfhəsini vermiş çoxsaylı Afina demoqoqlarından biri kimi baxırdılar.Суриков. s.273

Ellinistik dövrdə həmçinin Perikli keçmiş dövrün mühüm xadimləri – Miltiad, Femistokl və ya Kimon ilə bir sıraya qoymağa layiq hesab etmirdilər. Bunların əksinə, I əsrin qədim yunan bioqraf və moralisti Plutarx Periklin bioqrafiyasını daha da ideallaşdırdı. Plutarx Fukididə yaxşı yanaşırdı və onun Periklə verdiyi qiymətlə razılaşırdı.Суриков. s.274 Həm də o Periklin xidmətləri sırasında təkcə siyasi və hərbi uğurları deyil, həm də Afinanın mədəni inkişafını, Akropoldakı tikintiləri və dövrün intelllektuallarına hamilik edilməsini sayır. Ümumiyyətlə Periklin bioqrafiyası onun "Müqayisəli həyat tarixçələri" silsiləsində ən yaxşılardan biridir.

İlk illər Xolarq demindən olan Ksantippin oğlu Perikl təxminən e.ə. 494-cü ildə doğuldu o, ata tərəfdən qədim və hörmətli, lakin o qədər də nüfuzlu olmayan Buziq nəslindən, ana tərəfdən isə Alkmeonlardan idi. Onun atası Ksantipp Alkmeon qrupunun başçısı və Afinanın mühüm siyasi və hərbi xadimi idi. Onun anası Aqarista idi.Plutarx, Perikl, 3 Aqarista Sikion şəhərinin tiranı Klisfenin nəticəsi və digər Alkmeonlardan olan məşhur islahatçısı Klisfenin qardaşı qızı idi."Pericles". Encyclopaedia Britannica. 2002. Agariste была правнучка тирана Сикионе, Клисфена, и племянница высшего афинский реформатор Клисфен, другой Alcmaeonid. Ksantippin və Aqarifanın iki oğlu (Perikl və Arifron) və adı məlum olmayan bir qızı var idi. thumb|right|Aristid Periklin uşaqlığı müxtəlif siyasi qrupların arasındakı mübarizənin kəskinləşdiyi və İran təhlükəsinin sürdüyü E.ə. V əsrin 80-ci illərinə təsadüf edir.Суриков. s.284 Xalq "partiyasının" başçısı Femistoklun ostrakizmləri ilk növbədə Alkmeonlara qarşı yönəlmişdi. E.ə. 486-cı ildə Periklin dayısı Meqakl qovulduAristotel, Afina Polisi, 22, 4–7. E.ə. 484-cü ildə isə onun atası ostrakizmə məruz qalmışdı. Bu hadisələr onun qəlbində dərin iz qoydu; yaşlı Periklin ostrakizm qorxusu buradan irəli gəlir.Plutarx, Perikl, 7 Onun təhsili haqqında çox məlumat yoxdur.Суриков. s.292 Aristokratların o dövrdəki təhsili son dətəcə səthi aparılırdı və hansısa sahəni dərindən öyrənmək nəzərdə tutulmurdu. Plutarx yazırdı ki, ona musiqini Damon və Pifoklid, fəlsəfəni isə Eleyalı Zenon və Klazomenli Anaksaqor öyrədirdi.Plutarx, Perikl, 4 Lakin bu şəxslər Periklə gənclikdə təhsil verə bilməzdi.

E.ə. 480-ci ildə Periklin atası və dayısı sürgündən vaxtından əvvəl qayıtdı. Aristidin təşəbbüsü ilə Femistokla qarşı üç aristokrat nəsildən – Alkmeon, Filaid və Kerik nəslindən ibarət müxalifət yaradıldı. Bu ittifaqda mühüm rolu Filaid Kimon oynayırdı.Суриков. s.285 Periklin də Kimonun əhatəsinə girdiyini düşünmək olar. Onun hakimiyyət yolundakı əngəllərlə gəncliyi, "lənətlənmiş" olduğuna inanılan Alkmeon nəslindən gəlməsi idi. Həmçinin Perikl ulu babası Pisistrata bənzəyirdi. Bu tiraniyaya nifrət edən vətəndaşların xoşuna gəlmirdi.

Siyasi fəaliyyətin başlanğıcı E.ə. 473/E.ə. 472-ci ildə Ksantipp öldü və ya həlak oldu. Alkmeonlar qrupu başçısız qaldı. Perikl gəncliyinə baxmayaraq qrupun başçılığını öz əlinə aldı. Bu zamana kimi o Afina ordusunda xidmət keçmişdi.Бузескул В. П. Перикл. Личность, деятельность, значение. — Л., 1923. s. 20 E.ə. 472-ci ildə Perikl liturgiya ifa edən xoreqlərdən biri idi və bu da ona özünün tanıtmaq üçün imkan verirdi. O, həmçinin öz vəsaiti hesabına Esxilin Farslar faciısini səhnələşdirdi.Суриков. s.287

Perikl özünü aristokrat Kimonun əksinə, demokratiyaya yönəlmiş siyasətçi kimi tanıtmışdı.Суриков. s.288 Aristokratat mənşəyinə baxmayaraq demokratiya tərəfdarı idi. 60-cı illərdə Kimonla Periklin mübarizəsi başladı. Perikl əvvəlcə ehtiyatı, sonra isə daha da cəsarətlə hərəkət edirdi.Суриков. s.289 Lakin o, hələ ki Afinanaın dəniz qüdrətinin möhkəmlənməsində maraqlı olan Efialtın rəhbərlik etdiyi demokratlar qrupunda isi. E.ə 464/463-cü illərdə onların hər ikisi strateq idi. Perikl bu vəzifəni ilk dəfə tuturdu. Onlar İranın nəzarətində olan Aralıq dənizinin şərq sahillərinə ekspedisiyalar təşkil edirdilər. Sərhəd adalarından sonra onlar heç bir İran gəmisinə təsadüf etmədilər.Plutarx, Kimon, 13 Bu E.ə 466 və ya 465-ci ildə bağlanmış Kimon sülhünü pozan cəsarətli addım idi. İran şahı I Artakserks bu hadisəyə əhəmiyyət verməməyi qərara aldı. Bu ekspedisiya Periklin poulyarlığını artırdı.Суриков. s.296

E.ə. 463-cü ildə Kimona qarşı məhkəmə prosesi keçirildi və Perikl onun ittihamçılarından biri kimi çıxış etdi.Aristotel, Afina polisi, 27, 1Pluratrx, Perikl, 10Plutarx, Kimon, 14 Lakin Kimon bəraət aldı.

Kimonun ostrakizmindən Fukididin ostrakizminədək E.ə. 461-ci ilin yazında Kinom ostrakizmin köməyilə qovuldu və Efialt Areopaq islahatını həyata keçirdi.Plutarx, Perikl, 9 Tezliklə Efialt naməlum şəraitdə qətlə yetirildi və versiyaların birinə görə bunun təşəbbüskarı Perikl idi.Lampaslı İdomeney (Plutarx, Perikl, 10) İndi o demokratlar qrupunun qeyd-şərtsiz liderinə çevrildi. Kimonla mübarizə dövründə və 50-ci illərdə perikl Afinanın demoratikləşdirilmsəsini səciyyələndirən bir sıra islahatlar həyata keçirdi. Onların sırasında mistoforiyaların qurulması, zevqitlərin arxonata buraxılması, demlər məhkəməsinin bərpası və vətəndaşlıq qanunu var idi. Bu islahatların təsirində o, zamanla demokrat qrupunun başçısı oldu.

Xarici siyasətdə o, Sparta ilə münasibətlərin kəskinləşdirilməsini xəttinin tərəfdarı kimi çıxıış edirdi.Суриков. s.298 O, e.ə. 457-ci ildə Tanaqra döyüşündə cəsarətlə çarpışdı. Onun bu döyüşdə strateq və ya adı döyüşçü olması tam aydın deyil. Dəqiq məlumdur ki, o, E.ə. 455-ci ildə strateq idi.Fukidid, I, 111, 2–3Plutarx, Perikl, 19 O, böyük eskadra ilə Meqaridadakı Peqa limanından çıxdı və bəzən uğurlu, bəzən uğursuz olan bir neçə əməliyyat keçirdi. Tanqara yaxınlıında məğlubiyyətdən az sonra Perikli sürgündən qaytarmaq təklifi ilə çıxış etdi. Binun səbəbi siyasi hesablardan keçirdi. Kimon Afina ilə İran arasındakı yeni müharibədə faydalı ola bilərdi, çünki afinalılar bu müharibədə o qədər də uğurlu deyildilər. E.ə. 454-cü ildə afina donanması məğlubiyyətə uğradı, quru ekspedisiya ordusu isə Misirdə darmadağın olundu. Peril bundan Delos İttifaqının xəzinəsini Afina Akropoluna köçürmək üçün istifadə etdi.Plutarx, Perikl, 12

Kimonun Kitiya mühasirəsi zamanlnda ölümündən sonra aristokrat qrupuna rəhbərliyi onun qohumu Fukidid əlinə aldı.Plutarx, Perikl, 11 Periklin nüfuzunu sarsıtmaq üçün o, Periklə qarşı sistematik təzyiq həyata keçirən aristokratik heteriyalar.Суриков. s.301 Fukidid yalnız zəifləmiş, artıq tamamilə öz qüvvəsini itirmiş sosial qrup olan aristokratiyaya arxalanırdı, Perikl isə bütün polisin maraqlarını təmsil edirdi.Суриков. s.301–302