Qürvə Dərcəzin və ya Qürvə-i Dərcəzin — İranın Həmədan ostanının Dərgəzin şəhristanının mərkəzi bəxşində şəhər və bu bölgənin mərkəzi.

Bu şəhər iki keçmiş şəhər olan "Qürvə" və "Dərcəzin"in birləşməsindən yaranıb.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,335 nəfər və 2,456 ailədən ibarət idi.

Əhalisinin əksəriyyəti azərbaycanlıların qaragözlü oymağından ibarətdir və azərbaycan dilində danışırlar.

İstinadlar

Həmçinin bax Qaragözlü oymağı

Kateqoriya:Həmədan ostanının şəhərləri