thumb|right|280px|Bakıda süni şamlar, çiçəklər və digər dekorlarla bəzədilmiş klassik şam ağacı thumb|right|280px|Şenonso qəsrində süni tropik budaqlar, qızılı və qırmızı şarlar və digər dekorlarla bəzədilmiş şam ağacı Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir.Christmas trees were hung in St. George's Church, Sélestat since 1521: XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır.
Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.
Tarixi
Müasir Milad ağacının mənşəyi Müasir Milad ağacının mənşəyi erkən modern Almaniyada İntibah dövrünə qədər gedib çatır. XVI əsrdə protestant xristian islahatçı Martin Lüterin ilk dəfə həmişəyaşıl ağaca işıqlı şamlar asdığına inanılır. Alman lüteranlar tərəfindən Milad ağacının bəzədilməsi ilk dəfə XVI əsrdə qeydə alınmışdır və həmin məlumatda bildirilir ki, 1539-cu ildə Protestant islahatçılardan Martin Buçerin liderliyi ilə Milad ağacı Strasburq kafedralında yerləşdirilmişdir. Morav xristianları ilk dəfə Milad ağacını şamlarla bəzəməyə başlamışlar. Milad ağacının dəqiq tarixi bilinən ən qədim təsviri Fransanın Qrand Est regionundakı (keçmiş Elzas) Türkheym kommunasındakı şəxsi evin açardaşı üzərindəki 1576-cı ilə aid qabartmadır.
Mümkün sələflər Müasir Milad şam ağacı orta əsr misteriyalarında müxtəlif ölkələrdə Adəm və Həvvanın xatirə günü münasibətilə 24 dekabrda bəzədilən Cənnət ağacı ilə əlaqəlidir. Bu cür pyeslərdə dekor kimi istifadə edilən ağac, almalar (bilgi, xeyir və şər ağacının məhsullarını, dolayısıyla Məsihin öz üzərinə aldığı İlk Günahı təmsil edir) və dairəvi ağ vaflilərlə (Yevxaristiya və bağışlanmanı təmsil edir) bəzədilirdi. Sonradan, Doğulma səhnəciyi kimi Cənnət ağacı da tədricən evlərdə yerləşdirilməyə başlamışdı. Ağacın bəzədilməsində istifadə edilən almalar isə parlaq şarlarla əvəzlənmişdir.>
Son orta əsrlərdə, müasir Milad ağacının ilk sələfi XV əsrdə Portuqaliyadakı sistersian Alkobasa monastırında qeydə alınmışdır. Sistersian ordeninin yüksəkrütbəli yerli idarəçisinin qeydi Milad ağacının bilinən ən qədim yazılı xatırlanmasıdır: "Milad budağının necə qoyulması haqqında qeyd-scilicet: Miladqabağı böyük yaşıl dəfnə budağı axtarın, çoxlu qırmızı portağal toplayın, onları budaqdan asın və hər birinin üstünə şam qoyun, budağı kəndirlə əsas altar şamının arxasındakı dirəkdən as."Biblioteca Nacional de Portugal (National Library of Portugal)—Codices Alcobacenses ( ); [BN: cod. alc. CLI / 64, Page. 330] Translated from original Portuguese
Digər mənbələr 1600-cü illərdə Almaniyada ilk qeydə alınmış Milad ağacları ilə xristianlıqdan əvvəlki ənənələrə xas ağaclar arasında əlaqə görsələr də, bu mövqe mübahisə mövzusudur. "Britannika Ensiklopediyası"na görə, həmişəyaşıl ağaclar, çələnglər və girlyandların istifadəsi qədim misirlilər, çinlilər və yəhudilərin adətləri idi. Ağaca ibadət xristianlıqdan əvvəl avropalılar arasında geniş yayılmışdı, xristianlığın qəbulundan sonra isə Şeytanı qorxutmaq üçün Skandinaviya ölkələrində evlərin Yeni il qabağı həmişəyaşıl bitkilərlə bəzədilməsi və Milad qabağı quşlar üçün Şam ağacı bəzədilməsi ilə özünü büruzə vermişdir.
Qədim Romada qışın ortasında keçirilən Saturnaliya bayramı zamanı evləri həmişəyaşıl ağacların budaqlarından hazırlanmış çələnglərlə bəzəyirdilər, xristianlığın yayılmasından sonra isə bu adət Milad bayramına uyğunlaşdırılmışdır. Qədim Roma şairi Qay Valeri Katull "Epitalamium" adlı poemasında tanrıların Peyelanın evini dəfnə və sərv ağacları ilə bəzəmələrindən bəhs edir. Daha sonrakı dövrdə isə Libaniy, Tertullian və İohann Xrisostom həmişəyaşıl ağacların xristianlar tərəfindən evlərin bəzədilməsində istifadə edildiyini yazırlar.
Vikinqlər və sakslar arasında ağaca ibadət ənənəsi yayılmışdı. Donarın palıdını kəsmiş Müqəddəs Bonifatsinin tarixçəsi paqan dinlərə inanan almanların VIII əsr adətlərini əks etdirir. Həmin hekayənin daha sonrakı dövrə aid variantında isə kəsilmiş palıdın yerində bitən həmişəyaşıl ağac dil açaraq özünün üçbucaqlı formasının Müqəddəs Üçlüyə işarə etdiyini və yüksələrək səmanı göstərdiyini deyir.
Regionlara görə tarixi ənənələr
Estoniya, Latviya və Almaniya Qış aylarında qapalı məkanlarda ağac bəzədilməsi ənənəsini Milad bayramından əvvəl, Şimali Almaniya və Livoniyanın İntibah dövrü gildiyalarında müşahidə etmək mümkündür. Miladla əlaqəli ilk bəzədilmiş ağaclar da gildiyaların zallarında peyda olmuş, tələbələr və uşaqların əylənməsi üçün bu ağaclar şirniyyatlarla bəzədilmişdi. Livoniyda (müasir Estoniya və Latviya) 1441, 1442, 1510 və 1514-cü illərdə Qarabaşlar qardaşlığının Reval (indiki Tallin) və Riqa şəhərlərindəki evlərində bayram münasibətilə ağaclar bəzədilmişdi. Bayram günündən əvvəlki sonuncu gecədə ağacı Ratuşa meydanına gətirirdilər və qardaşlıq üzvləri ağac ətrafında toplaşaraq rəqs edirdilər.
Bremen gildiyasının 1570-ci ilə aid salnaməsində xəbər verilir ki, gildiya binasında kiçik bir ağac ucaldılmış, həmin ağac gildiya üzvlərinin bayram şəkəri toplayan uşaqları üçün "almalar, qozlar, xurmalar, krinqllar və kağızdan hazırlanmış çiçəklərlə bəzədilmişdi". 1584-cü ildə keşiş və salnaməçi Baltazar Russov "Liffland əyalətinin salnaməsi" (, 1584) adlı əsərində qeyd edir ki, bazar meydanında bəzədilmiş adi küknar ağacının ucaldılması ənənəsi var; "gənc oğlanlar çoxlu qızlarla bu ağacın ətrafına gələrək nəğmələr oxuyur, əylənir və rəqs edir, bayramın sonunda isə ağacı yandırırlar".
Protestant Reformasiyasından sonra bu cür bəzədilmiş küknar ağacını, katolik Milad verteplərinin analoqu kimi, ali sinifdən olan protestant ailələrin evlərində görmək olardı. Almaniyanın protestant bölgələrində gildiya zallarından burjuaziya nümayəndələrinin evlərinə qədər olan bu keçid dövrü müasir ənənələrə başlanğıc verərək, XVIII və XIX əsrlərdə inkişaf etmişdir. Müasir dövrdə həm protestant, həm də katolik kilsə və evlərində həm bayram ağacı, həm də vertep qoyulur.
Polşa Polşada mövcud olan və kökləri xristianlıqdan əvvəlki qədim slavyan inanclarına gedib çıxan xalq ənənəsinə görə, Kolyada adlı qış bayramı zamanı, ağ şam, küknar və ya şam ağacının budaqlarından Podlazniçka () adlı dəst düzəldilər və evlərdə tavan taxtapuşundan asılardı. Bu zaman ağac budaqları qozlar, palıd qozaları, almalar və samandan hazırlanmış ulduzlarla bəzədilərdi. Bir qədər sonrakı dövrlərdə budaqların bəzədilməsi üçün rəngli kağızlardan hazırlanmış çiçəklər (vıtinanki), vafli, qurabiyə və Milad ağacı dekorları da istifadə edilirdi. Qədim paqan inanclarına görə, budaqların gücü yaxşı məhsuldarlılıq və firavanlıqla əlaqəli idi.
Bu adət kəndlilər tərəfindən xüsusilə Kiçik Polşa və Yuxarı Sileziya ərazilərində XX əsrin əvvəllərinə kimi qorunub saxlanmışdır."W całych Karpatach znano drzewko wigilijne zwane podłaźnikiem. Był to wierzchołek jodły zawieszany u powały szczytem na. dół, ubierany jabłkami i tzw. światami" Podlazniçka budaq dəstləri əksər hallarda Milad axşamında nahar masası üzərində asılardı. XIX əsrin ortalarından etibarən polyak ailələrində bu ənənə tədricən daha sonra alman ailələrində yaranmış bütöv ağac bəzədilməsi ənənəsi ilə əvəzlənmişdir.
XVIII əsrdən — XX əsrin əvvəllərinə kimi thumb|right|250px|Hərbi hospital kimi istifadə edilən Versal sarayında alman Milad ağacı
Avropa zadəganlığı tərəfindən qəbulu XIX əsrdə populyarlaşan bu adət Avropanın bütün kral saraylarına, o cümlədən Rusiya imperator və zadəgan saraylarına da yayılmışdır. Fanni fon Arnşteyn tərəfindən dövriyyəyə gətirilmiş və şahzadə Henrietta Nassau-Vaylburq tərəfindən məşhurlaşdırılmış Milad ağacı ənənəsi 1814-cü ildə — konqres ərəfəsində Vyananı bürümüş, sonrakı illərdə isə bütün Avstriyaya yayılmışdır. Fransada ilk Milad ağacı 1840-cı ildə hersoqinya Helena Maklenburq-Şverin tərəfindən bəzədilmişdir. Qəzetlərin məlumatına görə, Danimarkanın qeydə alınmış ilk Milad ağacı 1808-ci ildə qrafinya Vilhelmina Qolşteynborq tərəfindən bəzədilmişdir. Məhz həmin yaşlı hersoqinya ilk Danimarka Milad ağacının hekayəsini yazıçı Hans Xristian Andersenə 1865-ci ildə danışmışdır. Andersenin 1844-cü ildə nəşr edilmiş "Küknar ağacı" adlı nağılında Milad ağacı kimi istifadə edilən ağacın talehindən bəhs edilir.
Ölkə və regionlara görə qəbulu
Almaniya thumb|left|200px|Alman Milad ağacı, 1888-ci ildə çəkilmiş kitab illüstrasiyası XVIII əsrin əvvəllərində Milad ağacının bəzədilməsi ənənəsi Yuxarı Reynland ərazisi üçün sıravi adətlərdən birinə çevrilsə də, kənd rayonlarına hələ də yayılmamışdı. XVIII əsrin sonlarından etibarən, salnamələrdə o zaman üçün hələ də dəyərli əşya olan mum şamları Milad ağacı ənənəsi ilə əlaqədar xatırlanmağa başlayır.
Aşağı Reyn boyu ərazilərdə — Roma-Katolik kilsəsi tərəfdarlarının çoxluq təşkil etdiyi rayonlarda Milad ağacı ənənəsi hələ də əksər hallarda protestant ənənəsi kimi qəbul edilirdi. Buna görə də, ənənənin yayılma arealı, uzun müddət ərzində yalnız Yuxarı Reyn ərazisi ilə məhdudlaşırdı.
1815-ci ildə, Vyana konqresindən sonra immiqrasiya edən Prussiya məmurları sayəsində Milad ağacı bəzədilməsi ənənəsi geniş yayılmağa başlamışdır.
XIX əsrdə Milad ağacı xüsusilə emiqrantlar arasında Almaniya mədəniyyətinin ifadəsi və "Gemütlichkeit" kimi qəbul edilir.
Fransa-Prussiya müharibəsi zamanı hərmi kazarma və hospitallarda Milad ağaclarının bəzədilməsi, bu ənənənin ümumxalq sevgisi qazanmasında həlledici faktor rolunu oynamışdır.
XX əsrin əvvəllərindən etibarən isə Almaniya ərazisində Milad ağacları həm də kilsələrdə peyda olur və bu dəfə işıqlarla parlaq bəzədilir.
Azərbaycan Azərbaycanda ilk bayram ağaclarının bəzədilməsinə, neft fontanından sonra Bakı şəhərinə, alman, polyak və ingilislərin gəlməsi ilə başlayıb. Sonradan şəhərdəki ruslar da bu ənənəni davam etdirirdilər. Avroplılardan geri qalmaq istəməyən yerli zadəgan təbəqə də evlərində bayram ağacı bəzəməyə başlamışdı. Şam və küknar, ağaclarının dekabrın son günlərində bəzədilməsi həm dəb, həm də nüfuz göstəricisinə çevrilmişdi. Bakıda ilk rəsmi bayram ağacları Şəhər Duması və Qubernator evində qurulub. Bu ağacların bəzədilməsi ilə bayram ərəfəsində Bakıda ballar, ziyafətlərin keçirilməsi ənənələri də yaranmışdır.
Baham adalarında