Alışanov Şirindil Həsən oğlu () — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı Şirindil Alışanov 28 oktyabr 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun mənşəcə kürd, digərlərində isə türk olduğu yazılmışdır. O, orta təhsilini Bakının 19 və 111 nömrəli məktəblərində almışdır.

1970–1975-ci illərdə Şirindil Alışanov Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış və ədəbi-tənqid üzrə ixtisas kursunu tamamlamışdır.

1976–1987-ci illərdə Şirindil Alışanov AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, institutun elmi katibi və bölmə müdiri vəzifələrində çalışmışdır.

1977–1980-ci illərdə Şirindil Alışanov SSRİ Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevinin rəhbərliyi altında romantizm mövzusuna həsr olunmuş namizədlik dissertasiyasını yazmış və 1981-ci ildə müdafiə etmişdir.

14 mart 2024-cü ildə vəfat edib. Professor Şirindil Alışanlı ilə vida mərasimi 15 mart 2024‑cü ildə Təzəpir məscidində keçirilib. Yasamal qəbiristanlığında dəfn edilib.

Elmi yaradıcılığı 1976-cı ildən Şirindil Alışanlı ədəbi-tənqidi məqalələri ilə mətbuatda müntəzəm çıxış etmiş və “Ədəbi proses” silsilə məcmuələrinin əsas müəlliflərindən biri kimi tanınmışdır. 1977‑ci ildə Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə respublika konfransında məruzə etmiş və ədəbi‑nəzəri fikirlərlə çıxış etmişdir. O, ədəbi tənqidin nəzəri‑metodoloji problemləri, müasir poeziya və onun əsas inkişaf meylləri, eləcə də poetik axtarışlar barədə dövri mətbuatda və müxtəlif məcmuələrdə ardıcıl çıxış etmişdir.

Fəaliyyəti 1993–1998-ci illərdə Şirindil Alışanlı “Elm” qəzetinin baş redaktoru olmuş, 1997–2013-cü illərdə isə “Elm” Redaksiya, Nəşriyyat‑Poliqrafiya Mərkəzinin direktorluğunu icra etmişdir. 1990-cı ildən etibarən “Sabah” nəşriyyatının direktoru vəzifəsini də davam etdirmişdir.

1998–2003-cü illərdə Şirindil Alışanlı Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olmuş, fəaliyyətinin bir dövründə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsini icra etmişdir. O, bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olmuş, dörd kitabı və yüzdən çox elmi və ədəbi‑tənqidi məqaləsi çap olunmuş və bir sıra beynəlxalq konfranslarda məruzə etmişdir.

Şirindil Alışanlı Moskvada nəşr olunan “Akademiçeskie tetradi” və “Nauçnaya kniqa” jurnallarının beynəlxalq redaksiya heyətinin üzvü olmuş və Akademiyaların Beynəlxalq Assosiasiyasının Kitab Nəşri Şurasında iştirak etmişdir.

Kitabları Şirindil Alışanlı aşağıdakı əsas elmi və bədii nəşrlərin müəllifidir: "Sözün estetik yaddaşı", Bakı, Elm, 1994, 12 ç.v. "Romantizm: mübahisələr, həqiqətlər" (rus dilində), Bakı, Elm, 2000, 11,3 ç.v. "Ədəbi-bədii düşüncənin sərhədləri", Bakı, Sabah, 2010, 22,5 ç.v. "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı", Bakı, Elm, 2011, 23 ç.v. "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi", Bakı, Elm, 2013, 25,5 ç.v.

Elmi məqalələri N. Xəzrinin lirikasında peyzaj. "Azərbaycan təbiəti" məcmuəsi. 1976. Həqiqi poeziyanın xətrinə. "Ədəbiyyat və incə-sənət" qəz. 4. IX.1976. Mənəvi sabahın sorağında. "Azərbaycan" jurn. 1977. Poema: axtarışlar, tapıntılar. "Ədəbiyyat və incə-sənət" qəz. 29. X.1977. Poeziya-77. "Ədəbi proses-77". "Elm", 1978 Bədii metodun tipoloji tədqiqi. "Ədəbiyyat və incəsənət" qəz. 24 avqust 1979. S. Vurğun inqilabi romantika haqqında. Gənc alimlərin ümumrespublika elmi konfransının materialları. Bakı, "Elm", 1977. Azərbaycan ədəbiyyatşünaslığı sosialist realizminin təşəkkülündə romantik ənənənin rolu haqqında. Azərb. SSR EA "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), 1979, № 3, səh. 46–52. Bədii metod və onun poetikası. Azərb. SSR EA "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), 1980, ¹ 2. Milli realizmin tipologiyası. "Azərbaycan" jurn. 1981. Ədəbi prosesin tədqiqi. "Azərbaycan" jurn. 1981. Sosialist realizminin aktual problemləri. "Ədə-biyyat və incəsənət" qəz. 04.1982. İşıqlı poeziya. "Bakı" qəz. 20.04. 1982. Ədəbi tənqid haqqında qeydlər. "Azərbaycan" jurn. 1982, ¹ 2. Tənqid tarixi və müasirlik. "Ədəbiyyat və incəsənət" qəzeti, 02.03.1984. Müasirlərimiz bədii ədəbiyyatda. "Ədəbiyyat və incəsənət" qəzeti, 23.04.1982. Altmış il vahid ailədə. Gənc alimlərin üçüncü res-publika konfransının materialları. Bakı, "Elm", 1982 . Ümumittifaq milli və nəzəri-estetik fıkrinin qarşılıqlı əlaqələri. Gənc alimlərin ümumrespublika elmi konfransının materiallan. Bakı, "Elm", 1982. Nizami Gəncəviyə həsr edilmiş ümumittifaq elmi konfrans. Azərb. SSR EA "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), 1981, ¹ l. Lirika-81. "Ədəbi proses-81–82" məcmuəsi. Bakı, "Elm", 1987. Mübarizənin labüdlüyü. "Ədəbiyyat və incəsənət" qəz. 11.03.1983. Əyanilik və konkretlik. "Azərbaycan" jurn. 1983, ¹ 7 Azərbaycan realizminin mərhələləri (rus dilində). "Baku" qəz. 29. VI. 1983. Ədəbi əlaqələrin tədqiqi genişlənir. "Azərbaycan müəllimi" qəz. 9.02.1983. Romantizm: tədqiqatın metodologiyasına dair (rus dilində). "Gstetika: teopiə, istoriə, praktika" kitabı. Moskva, 1982. Tarixi nəsr haqqında qeydlər. "Ədəbiyyat və incəsənət" qəz. 16. XII.1983. Axtarışlar. "Ədəbiyyat və incəsənət" qəz. 21.09.1984. Sənətdə müasirlik problemi. "Ədəbiyyat və incəsənət" qəz. 07.11.1984. Azərbaycan şeri antologiyası. "Ədəbiyyat və incəsənət" qəz. 06.07.1984. Müasirlik mövqeyindən. "Azərbaycan" jurn. 1984. ¹ 10, s. 187–189. Yeni təfəkkür və nəzəri-estetik fikrimiz. "Ədə-biyyat və incəsənət" qəz. 29.07.1988. Sosialist realizminin inkişafında milli bədii təcrübənin rolu. Respublika elmi konfransının materialları. Bakı, "Elm", 1984. Poeziya-83. "Ədəbi proses-83–84" məcmuəsi. Bakı, "Elm", 1994. Milli tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət konsepsiyası. "Müasir həyat tərzi və sovet ədəbiyyatının qəhrəmanı" kitabı. Bakı, "Elm", 1987. Milliliyin və beynəlmiləlliyin dialektikası. "Azər-baycan müəllimi" qəz. 28.03.1984. Fəal həyat mövqeyi və müasir ədəbiyyatın qəhrəmanı. Gənc ədəbiyyatşünasların IV respublika konfransının materialları Bakı, "Elm", 1984. İran İslam Respublikasında Şəhriyar günləri. "Elm" qəz. 08.01.1993. Tənqidi fikrin tarixi. "Ədəbiyyat və incəsənət" qəz. 1985. Lirik tərənnümün imkanları. "Ədəbiyyat və incəsənət" qəz. 1985 Sözün poetik çalarları. "Ədəbiyyat və incəsənət" qəz. 10.01.1986. Poeziya vərdiş deyil. "Bakı"qəz. 03.02.1986. Ümumittifaq və milli nəzəri-estetik fikrin qarşılıqlı əlaqələri. Azərb. SSR EA "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), 1986, ¹ l, səh. 29–34. Poema: janrın imkanları. "Sosialist realizmi müasir mərhələdə" kitabı, Bakı, "Elm", 1988. Tənqidi sözün kəsəri. "Ədəbiyyat və incəsənət" qəz. 25.10.1987.. Azərbaycan ədəbiyyatında sosialist realizminin formalaşması və inkişafı. "Böyük Oktyabr və milli ədəbiyyatların inkişafı" mövzusunda respublika konfransının materialları. Bakı, "Elm", 1987. XX əsr Azərbaycan romantizminin tədqiqi mərhələləri. "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" kitabı. Bakı, "Elm", 1989. Zamanın tələbi və oxucu inadı. "Bakı" qəz. 10.07.1987. Yenidənqurma və elmi-nəzəri fikir. Gənc ədəbiyyatşünasların beşinci respublika konfransının materialları. Bakı, "Elm", 1987. Sosialist realizmi nəzəriyyəsinin inkişafında milli ədəbi təcrübənin rolu (romantika və romantik ənənə problemi). "Yaradıcılıq metodu məsələləri" kitabı. Bakı, "Elm", 1989. Tarixi poetika: ədəbiyyatşünaslığımızın təcrübəsi və vəzifələri. "Azərbaycan ədəbiyyatının tarixi poetikası". I kitab. Bakı, "Elm", 1989. Millilik amili. "Ədəbiyyat və incəsənət" qəz. 04.08.1989. Mənəvi irsimizin keşiyində. "Kommunist" qəz., 1989. Tənqidimizin müdrik ağsaqqalı. "Kommunist" qəz., 21.06.1989. Ədəbi irs və dəyərləmənin yeni metodoloj məsələləri. "Çoxmillətli sovet ədəbiyyatının yaradıcılıq platforması" mövzusunda respublika konfransının materialları. BDU-nun nəşriyyatı, 1989. C. Cabbarlının yaradıcılıq metodu konsepsiyası. Azərb. EA "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), ¹ 3–4, 1991. Müəllimim, ustadım. Akademik Bəkir Nəbiyev. Bakı, 1989. Azərbaycan Yazıçılarının IX qurultayında çıxışın mətni. "Ədəbiyyat və incəsənət" qəz. 10.05.1991. Himalay Qasımovun "Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri" kitabına ön söz. Bakı, "Elm", 1998. Qapalı yaşaya bilməz. "Rezonans" qəz.21–23 oktyabr, 1998. Ədəbi-nəzəri fıkrin görkəmli nümayəndəsi. "Yurd" nəşriyyatının xüsusi buraxılışı. May, 2000. Azərbaycan ədəbiyyatşünaslığı: çağdaş nəzəri-metodoloji problemlər. "Ədəbi-nəzəri fıkir iki əsrin qovşağında". Bakı, "Elm", 2001 " __________ ". AMEA-nm "Xəbərləri" (dil, ədəbiyyat və incəsənət seriyası), 0,5 m.v. 2001, ¹ 2. Теория литературы. IVтом. AMEA-nın "Xəbərləri" (humanitar elmlər seriyası), ¹ 1–2, 2002. Ədəbi irs: yenidən dəyərləndirmənin bəzi metodoloj məsələləri. AMEA-nın "Məruzələr"i, № 5–6, 2003. Azərbaycan Cümhuriyyətində mədəni quruculuq. Yeddi cildlik "Azərbaycan tarixi" V cild, X fəsil. Xalqa və sənətə məhəbbətlə. "Ədəbiyyat qəzeti", 16 may 2003, ¹ 19. Ötən əsrin bədii səlnaməsi. "Ədəbiyyat qəzeti", 1 avqust 2003, ¹ 29. Tənqidi sözün kəsəri. "Ürəklərə yol tapanda" kitabı, səh. 130–135. Bakı, 2003. Qaçqınlıqdan hara qaçaq. "Ədəbiyyat qəzeti". 26. XI.2004. XX əsr Azərbaycan ədəbiyyatı: tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri. "Ədəbiyyat qəzeti". 3.03.2006. Görkəmli ədəbiyyatşünas-tənqidçi (Y. Qarayev haqqında). "Ədəbiyyat qəzeti". 17 mart 2006. Səməd Vurğunun bədii metod konsepsiyası. I məqalə. "Ədəbiyyat qəzeti". 29.06.2007. Səməd Vurğunun bədii metod konsepsiyası. II məqalə. "Ədəbiyyat qəzeti". 13.07.2007. XX əsr Azərbaycan ədəbiyyatı: tarixi dövrləşdir-mənin nəzəri-metodoloji aspektləri. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı, "Elm", 2006, səh. 14–23. Tarixi poetika və ədəbiyyatşünaslığın müasir mərhələsi. Azərbaycan ədəbiyyatının tarixi poetikası. II kitab. Bakı, "Elm", 2006, səh. 5–18. Tarixi poetika və ədəbiyyatşünaslığın müasir mərhələsi. AMEA-nın "Məruzələr" jurnalı, 2005, ¹ 4, s. 183–192. XX əsr poeziyasının müasir dərkində ədəbi mif amili. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. II kitab. Bakı, "Elm", 2008. Hüseyn Cavid sənəti və Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji inkişaf mərhələləri. "Cavidşünaslıq". I cild. Bakı, "Elm", 2005, səh. 207–212. Səməd Vurğunun bədii metod konsepsiyası. Ədəbiyyat məcmuəsi. XIX cild. Bakı, "Elm", 2006, səh. 5–25. Səməd Vurğunun estetik görüşləri. "Elm və həyat" jurnalı. ¹ 3–4, 2006. Ədəbi tarixi mif və XX əsr poeziyasının müasir dərki problemi. AMEA-nın "Məruzələr" jurnalı, 2006, ¹ 2, səh. 110–114. Səməd Vurğunun nəzəri irsi və humanitar elmlərin metodoloji məsələləri. AMEA-nın "Xəbərləri" (tarix, fəlsəfə, hüquq) seriyası, ¹ 7, 2006, səh. 193–199. Mir Cəlalın nəzəri-estetik görüşləri. AMEA-nın "Xəbərləri" (humanitar elmlər seriyası), ¹ 3, 2007. Görkəmli ədəbiyyat nəzəriyyəçisi. I və II məqalə. "Respublika" qəzeti, 20–21 may, 2008. " _________". "525-ci qəzet". Novruzəlinin qan qardaşı Xeybər. Orxan Fikrətoğlunun "Vaxt" kitabına müqəddimə. " _________". "525-ci qəzet". 13.09.2008. " _________". "Ədalət" qəzeti, 2008. Bir görüşün tarixçəsi. "Ədəbiyyat qəzeti". 15.05.2007. Dəlidağın qardaşı. "Ədəbiyyat qəzeti". 29. X.2004. Sönməz ocağın odu. "Ədəbiyyat qəzeti". 12.01. 2007. "Tərlan gözlü Kamalım". "Kübarlıq məktəbi" kitabı. Bakı, 2007, səh. 171–177. Uğurlar diləyirəm. "Professor Vaqif Arzumanlı" məcmuəsi. Bakı, 2007, səh. 374–375. Nəzəri fikrin yaşamaq haqqı. "Ədəbiyyat qəzeti". 7. XI.2008. Nəzəri fikrin yaşamaq haqqı. AMEA-nın "Xə-bərləri" (humanitar elmlər seriyası), ¹ 1, 2008, səh. 3–9. Nəzəri fikrin yaşamaq haqqı. M. Əlioğlu. Artıq adamlar. II cild. Bakı, 2009.