Məzmun Filmdə kəndli balası İbrahim haqqında söhbət açılır. Burada balaca tamaşaçılarda təbiətə və insana məhəbbət hissləri aşılanır və belə bir fikir irəli sürülür: nəinki heyvanlar, həm də adamlar arasında dostluq və xeyirxahlıq münasibətləri düşmənçilikdən qat-qat yaxşıdır.
Film haqqında Bu multiplikasiya filmi Məstan Əliyevin şerlərinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Məstan Əliyev Rejissor: Vahid Talıbov Ssenari müəllifi: Alla Axundova Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Aydın Lazımov, Yelena Dontsova, N.Ağayeva
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri