Qulaq pərdəsi () — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - , daxili səthi orta qulağın selikli qişası - ilə örtülüdür. Bu qişaların arasında lifli birləşdirici toxumadan təşkil olunmuş xüsusi səfhə - vardır. Bu səhfəni təşkil edən birləşdirici toxuma lifləri qulaq pərdəsinin çevrəsində şüa istiqamətdə () və mərkəzində dirəvi surətdə () gedir. Qulaq pərdəsinin yuxarı hissəsi lifli toxumadan məhrumdur; burada o, yalnız selikli qişadan, epidermis qatından və bunların arasında olan boş hücrəli toxumadan təşkil olunmuşdur; buna görə qulaq pərdəsinin bu hissəsi az gərgindir və sallanmış hissə - adlanır; yerdə qalan və çox gərgin olan hissəyə gərginləşmiş hissə - deyilir. Qulaq pərdəsinin vəziyyətinə gəldukdə o, həm üfüqi səthə və həm də orta səthə nisbətən bayıra və dala doğru açılmış 45° bucaq təşkil edir; xarici qulaq keçəcəyinin sanki dal-yuxarı divarının ardıdır.

Kateqoriya:Orta qulaq Kateqoriya:Eşitmə sistemi Kateqoriya:Otologiya