Torpaq haqqı — 1986-cı ildə istehsal olunmuş Azərbaycan filmi.
Məzmun Filmdə neft istehsalı prosesində yol verilən laqeydlik nəticəsində və baxımsızlıq ucbatından dünyanın min cür nemətlərini yetişdirməyə qadir olan Abşeron torpaqlarının yararsıq hala düşməsindən bəhs edilir.
Film eyni zamanda torpağı sevməyi və onu qorumağı öyrədir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Sirus Zindadel (Sirus kimi) Operator: Azər Salayev Bəstəkar: Əli Babayev Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər