Məzmun Film-portret Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevə həsr olunmuşdur. Burada yazıçı Mirzə İbrahimov, musiqiçi O.Lundstrem, rəssam Tahir Salahov, bəstəkar və müğənnilərdən Polad Bülbüloğlu, Müslüm Maqomayev, bəstəkarlardan Qara Qarayev, Kajlayev, musiqiçi Fərhad Bədəlbəyli onun barəsində söz deyirlər.

Ekranda 1942-ci ilin kinoxronikası göstərilir: caz orkestri müharibə dövründə çıxş edir. Bizim günlərin kinoxronikasında biz Tofiq Quliyevi və Rəşid Behbudovu bir yerdə görürük, onların söhbətlərini dinləyirik. Müğənnilər məşhur bəstəkarın mahnılarını ifa edirlər. "Bəxtiyar" bədii filmində R.Behbudov mahnı oxuyur...

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Sevinc Kərimova Ssenari müəllifi: Sevinc Kərimova Operator: Nəriman Şıxəliyev ????: Tofiq Babayev Səs rejissoru: S.Rzayeva

Xarici keçidlər Filmi izlə

Həmçinin bax

Kateqoriya:Tofiq Quliyev haqqında filmlər Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri