Maykl Con Duqlas (; ) — ABŞ aktyoru. "Bitlcus" və "Betmen" rollarını ifa etmişdir.
Həyatı Maykl Con Duqlas 5 sentyabr 1951-ci il tarixində Pensilvaniya ştatınnı Koraopolis şəhərində doğulmuşdur.A Leading Man Without Pause . The Record (Bergen County, NJ) Valideynləri ingilis, irland, irland-şotland və alman əsillidir. O, ailədə yeddi uşaqdan ən kiçiyi idi. İlk dəfə aktyorl karyerasına 25 yaşında rol aldığı "Mod" adlı televiziya serialında ifa etdiyi Çip Vinston rolu ilə başlamışdır.
Aktyorluğa yeni başladığı müddətdə Maykl Duqlasla qarışdırılma təhlükəsiylə qarşı-qarşıya qalan Maykl soyadını dəyişdirməyə qərar verir. O dövrdə böyük heyranlıq bəslədiyi ABŞ aktrisası Dayan Kitonun (əsl adı: Dayan Holl) bir şəklini gördükdən sonra yeni soyadını "Kiton" olaraq adlandırır. Maykl bu soyadını müvəqqəti düşünmüş, amma tamaşaçıların uzun müddət onu Maykl Kiton adı ilə tanıdıqlarından, Maykl bir müddət sonra rəsmi olaraq soyadını "Kiton" olaraq dəyişdirmişdir.
Maykl Kiton bir müddət televiziya seriallarında iştirak etdikdən bir müddət sonra karyerasını filmlərdə davam etdirməyə başlayır və ilk filmi "Gecə növbəsi" (1982) adlı komediya filmi olur. Maykl Tim Börtonun 1988-ci ildə çəkdiyi "Bitlcus" filmində "Bitlcus", 1989-cu ildə ildə çəkdiyi "Betmen" filmində Brüs Ueyn rol canlandırır və populyarlıq qazanır. 2000-ci illərdən başlayaraq bir çox animasiya filmlərində personajları səsləndirmiş və rejissorluq karyerasına başlamışdır.
Seçilmiş filmoqrafiya İl Ad 1972–1978 Mod 1982 Gecə növbəsi 1983 Cənab Ana 1987 Onun uşağı olacaq 1988 Bitlcus 1989 Betmen 1991 Betmenin qayıdışı 2006 Maşınlar 2010 Oyuncaqların hekayəsi 3 2011 Maşınlar 2 2013 Şimal Penthausu 2013 Tarixi silmək 2014 RoboKop2016Qurucu
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları