thumb|right|Qədim Finlandiya.Sarı rəngdə olan ərazisi Rusiya imperiyasına verilmişdir.
Abo sülh müqaviləsi — 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı.
Şərtlər Danışıqlarda Rusiya, rus taxtının vəliəhdi Pyotr Fyodoroviçin dayısı Holşteyn şəhzadəsi Adolf Fridrixin İsveç taxtına vəliəhd seçilməsi şərti ilə öz ərazi iddialarını məhdudlaşdıracağına razılıq verdi. İsveç tərəfi bu təklifi qəbul etdi. Müqavilənin 21-ci maddəsi yərəflər arasında "əbədi sülh və dostluq" müəyyən edir, Rusiya və İsveç düşmən ittifaqlarda yer almayacağı barədə təəhhüd götürürdü. 1721-ci il Niştadt müqaviləsinin təsdiqi olaraq Rusiyanın Pribaltikada əraziyə sahib olmasını qəbul etdi. Kummene çayı sərhəd müəyyən edildi
Nəticə Abo sülh müqaviləsi Rusiyanın Pribaltika və Baltik dənizində vəziyyətini,onun şm.-q sərhədlərinin müdafiəsini daha da möhkəmləndirdi.
İstinadlar
Kateqoriya:Rusiya tarixi Kateqoriya:İsveç tarixi Kateqoriya:Finlandiya tarixi Kateqoriya:1743-cü ildə Rusiya Kateqoriya:1743-cü ildəki hadisələr Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:18 avqustdakı hadisələr