Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə-2 aprel 2026) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair.
Həyatı 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur.Hasan Hüsrev Hatemi ve Şiiri Üzerine, URL erişim tarihi:9 Temmuz 2008
1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur.
2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəssis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur.
Təhsili Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Fəaliyyəti 1966-cı ildə daxili xəstəliklər üzrə mütəxəssis və 1971-ci ildə dosent olmuşdur. Endokrinoloji ve Metabolizma xəstəlikləri ilə məşğul olmuş və 1978-ci ildə professor olmuşdur. 1982–1986-cı illər arasında Cərrahpaşa Tibb fakültəsində Nüvə Tibb sahəsinə rəhbərlik etmişdir. 2006-cı ildə yaş həddinə görə təqaüdə ayrılmışdır. Bundan sonra Alman xəstəxanasında çalışmışdır.
Tibb sahəsi ilə yanaşı güclü ədəbiyyat və ədəbiyyat tarixi bilgisi ilə məşhurdur.
Əsərləri 588 elmi yayımı olmuşdur. Yazdığı və yazılmasında iştirak etdiyi kitabların sayı 15-dir.
İlk şer kitabı 1968-ci ildı yayımlanmışdır: Köhnə şəhərdə bir gecə. Daha sonra 1973-cü ildə Axşam gömrükçüləri, 1987-ci ildə Lodosçu, 1988-ci ildə Kritli uşaq, 1990-cı ildə 68–90 şerləri, 1994-cü ildə Gün axşamlıdır (Türk yazarlar Birliyindən Şer mükafatı almışdır), 1996-cı ildə Çəngəlköydə bir cəng, 2000-ci ildə 1990–2000 şerləri, 2005-ci ildə Qaraqavaq yayımlanmışdır. İlk nəsr əsərini 1988-ci ildə yazmışdır: Yaxşı bax zatına. Bundan sonra daha 10 nəsr əsəri yazmışdır. 1998-ci ildə Yozlaşmadan uzlaşmaq adlı kitabı Türk Yazarlar Birliyinin Cəhd etmə mükafatını almışdır.
Qaravak adlı CD-də öz şerlərini səsləndirmişdir. Memar Mürsəl İşıq isə Həsən Hatəminin şerlərinə rok bəstələr etdiyi CD-ni çıxarmışdır.
Həmçinin bax Hüseyn Hatəmi
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:İran həkimləri Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:İstanbul Universitetinin müəllimləri Kateqoriya:Türkiyə professorları