Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır. Bir qism ləzgi milliyətçiləri və ləzgişünaslar tərəfindən ləzgi dilinin bir qolu, hətta ləhçəsi yaxud şivəsi kimi təsvir olunur

Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır.

Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb. Ancaq bəzi mənbələrə əsasən Azərbaycanda danışılan ləhcələr Şinaz və Borç-Xnov ləhcələridi

Yazılı Müasir Rutul əlifbası: А аАӀ аӀБ бВ вГ гГъ гъГь гьГӀ гӀД дЕ еЁ ёДж джЖ жДз дзЗ зИ иЙ йК кКъ къКь кьКӀ кӀЛ лМ мН нО оП пПӀ пӀР рС сТ тТӀ тӀУ уУь уьУӀ уӀФ фХ хХъ хъХь хьЦ цЦӀ цӀЧ чЧӀ чӀШ шЩ щЪ ъЫ ыЫӀ ыӀЬ ьЭ эЮ юЯ я

2013-cü ildə Azərbaycan rutulları üçün latın qrafikalı əlifba işlənib hazırlanmışdır. Kiril və latın əlifbalarının uyğunluğu cədvəldə göstərilir. BFƏ Kiril Latın BFƏ Kiril Latın ɑ A a A a o О о O o ɑˤ АӀ аӀ AӀ aӀ p П п P p æ Аь аь Ə ə p' ПӀ пӀ P' p' b Б б B b r Р р R r ʋ В в V v s С с S s g Г г G g t Т т T t h Гь гь H h t' ТӀ тӀ T' t' ʁ Гъ гъ Ğ ğ u У у U u ɣ ГӀ гӀ Gh gh y Уь уь Ü ü d Д д D d uˤ УӀ уӀ UӀ uӀ d͡ʒ Дж дж C c f Ф ф F f e Е е E e χ Х х X x ʒ Ж ж J j x Хь хь Xh xh z З з Z z q Хъ хъ Qh qh i И и İ i t͡s Ц ц Ts ts j Й й Y y t͡s' ЦӀ цӀ Ts' ts' k К к K k t͡ʃ Ч ч Ç ç q' Кь кь Q' q' t͡ʃ' ЧӀ чӀ Ç' ç' ɢ Къ къ Q q ʃ Ш ш Ş ş k' КӀ кӀ K' k' ʔ Ъ ъ ' l Л л L l ɨ Ы ы I ı m М м M m ɨˤ ЫӀ ыӀ IӀ ıӀ n Н н N n

Həmçinin bax Rutullar Nax-Dağıstan dilləri Azərbaycan dilləri

İstinadlar

Kateqoriya:Ləzgi dilləri