Stenli Fişer (; ) — 2014–2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005–2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir.Stanley Fischer firms as top choice to become US Fed vice , The Sydney Morning Herald, via Bloomberg News, December 12, 2013. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb. 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir. 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.
İstinadlar
Kateqoriya:Mərkəzi bank rəhbərləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Makroiqtisadçılar Kateqoriya:Federal Ehtiyat Sisteminin sədr müavinləri