Kroneker-Kapelli teoremi (ing. Rouché–Capelli theorem) — xətti cəbrdə teorem olub, əsas və genişlənmiş matrisləri ranqı verilmiş xətti tənliklər sistemində həllər sayını hesablamağa imkan verir. Teorem MDB məkanında Kroneker-Kapelli teoremi kimi tanınsa da, İtaliyada Rouché–Capelli teoremi, Fransada Rouché–Fontené teoremi, İspaniya və bir çox Latın Amerikası ölkələrində Frobenius teoremi kimi bilinir.

İfadəsi Hər hansı n dəyişənli xətti tənliklər sisteminin həlinin olması üçün onun əsas A matrisinin ranqının genişləndirilmiş [A|b] matrisinin ranqına bərabər olması zəruri və kafi şərtdir.

Tənliyin həlli olduqda: Əgər n=rank(A) olarsa, tənliyin yeganə həlli var, Əks halda həllər sayı sonsuz saydadır.

Həmçinin bax Matris Leopold Kroneker

İstinadlar

Kateqoriya:Teoremlər Kateqoriya:Xətti cəbr

cs:Soustava lineárních rovnic#Frobeniova věta