Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Erkən tarixi Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823–1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinfində oxuyan Sadıqcan (1846–1902) novator tarzən kimi tanınmışdır.

XIX əsrin 80-ci ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı.

XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi. Bu məktəbin təşkili ilə musiqi ifaçılığ və vokal sənətində canlanma yarandı.

XX əsrin 30-cu illərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komisarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasənAzərbaycan Respublikası Dövlət Arxivi f.57, siyahı 1, saxlanma vahidi 959, vərəq 34–36. Şuşa Musiqi məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xan qızı Natəvanın evində fəaliyyətə başladı. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. 1933-cü ildə məktəbə ilk direktor Həmzə Əliyev təyin olunur. O, məşhur skripkaçı, Azərbaycan Respublikasının xalq artisti, professor Azad Əliyevin atasıdır. Həmzə Əliyev Şuşa Musiqi Məktəbinin direktoru vəzifəsində olduğu müddətdə respublikanın görkəmli bir çox müəllimlərini məktəbə dəvət etmiş, özünün rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə tez-tez konsertlər təşkil etmişdir. respublikanın tanınmış musiqi müəllimləri: Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeylər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları bu məktəbdə dərs demişlər.

Tarixi Əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.

Əvvəlki adı Şuşa Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 nömrəli Qərarı. Şuşa Musiqi Kolleci adlanan təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarına əsasən Şuşa Humanitar Kollecinə qoşulmuşdur."Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarı. edu.gov.az

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Sosial iş; Məktəbəqədər təlim və tərbiyə; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Xor dirijorluq.

Həmçinin bax Məclisi-fəramuşan

İstinadlar

Xarici keçidlər Şuşanın musiqi məktəbləri və məclisləri TANINMIŞ PUBLİSİST VASİF QULİYEVİN TƏQDİMATINDA

Kateqoriya:Şuşada təhsil Kateqoriya:Şuşa musiqiçiləri Kateqoriya:Şuşa Humanitar Kolleci Kateqoriya:1823-cü ildə yarananlar Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri