Amatory — Rusiya metal musiqi qrupu.
Haqqında Əsl adı "[AMATORY]" olan qrup Rusiyanın məşhur alternativ metal qruplarından biridir. 2001-ci ildə Sankt Peterburqda yaradılıb. 2005-ci ildə isə Rock Alternative Music Prize ilinin qalibi adına sahib olmuşlar. Və həmən ildə Rock Alternative Music Prize tərəfindən "Çyorno-belıe dni" () adlı mahnılarına klip çəkdirildi. 2006-cı il 13 oktyabrda buraxdıqları "Kniqa myortvıx" () albomlarından sonra qrup Rusiyanın şəhərlərində və bir sıra ölkələrdə konsertlər verib. 2007-ci ildə "Amatory"nin "Live Tour Evil" dvd-si satışa buraxılır. Dvd qrupun kliplərindən və müxtəlif konsertlərindən ibarətdir. 15 mart 2008-ci ildə qrupa böyük itki üz verir. Gitaristləri Sergey Oseçkin [Gang] 24 yaşında xərçəng xəstəliyindən ölür.
[AMATORY] qrupu bəzi səbəblərə görə bir müddət qrup karyerasına son qoyub. 2012-ci il 7 oktyabrda Sankt Peterburqdakı Kosmonavt Club-da onlar konsert verərək pərəstişkarları ilə vidalaşsalar da, qrup 2014-cü ildə yenidən bir araya gəlib.
Diskoqrafiya
Albomları 2003 — "Veçno pryaçetsa sudba" () 2004 — "Neizbejnost" () 2006 — "Kniqa myortvıx" () 2008 — "VII" 2010 — "İnstinkt obreçyonnıx" ()
Klipləri "Oskolki" () (2004) "Çyorno-belıe dni" () (2005) "Prestuplenie protiv vremeni" () (2006) "Prestuplenie protiv vremeni" () - alternativ versiya (2006) "Effekt baboçki" () (2007) Dışi so mniy () (2008) "Baqrovıy rassvet" () (2009) "Steklyannıe lyudi" () (2011) "Skvoz zakrıtıe veki" () (2011) "Oskolki 2.011" () (2011)
Kateqoriya:Rusiya metalkor musiqi qrupları Kateqoriya:2001-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Rusiya metal musiqi qrupları Kateqoriya:Elektronik musiqi qrupları