Şəlalə Şahvələd qızı Quliyeva () — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
Həyatı Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.
2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudur.
Mükafatları 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb.
9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
28 dekabr 2025-ci il tarixində Ən yaxşı qadın rolu ifasına görə Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatına laiq görülmüşdü– “Əqrəb mövsümü. İki dünya bir olsa da”, İTV, ART Film Baku, 45’22”, 2025
Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.
Teatr səhnəsindəki rolları
Elçin "Ah, Paris… Paris" – Gülbəniz B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı V.Rozov "Şadlıq sorağında" – Fira Elçin "Mənim ərim dəlidir" – Qız N.Xəzri "Burla Xatun" – Banuçiçək Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu X.Qoca "Hərənin öz payı" – Partiyaçı; Jurnalist J.Rasin "Fedra" – İsmena B.Vahabzadə "Rəqabət" – Səbinə A.Kamyu "Anlaşılmazlıq" – Mariya İ.Şıxlı "Ölüləri qəbristanlıqda bastırın" – Qəndab A.Şaiq "Eloğlu" – Telli Ə.Əmirli "Mesenat"- Sürəyya Xanim "Tülkü-tülkü-tünbəki"-İlan Elçin "Teleskop"-Xanım M.F.Axundov "Sərqüzəşti-vəziri-xani Lənkaran"-Şölə Sagarelli "Xanuma"-Tekle V.Hüqo "Qadının məhəbbəti"-Qız Elçin "Şekspir"-Ər-arvad M.Friş "Don Juan"-Selestina C.Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar R.Kuni "Zorən şorqöz"-Pomella B.Nuşiç "Nazirin xanımı" — Dara Yev.Şvarts "Kölgə"- Yuliya Juli E.E. Şmitt" Müsyö İbrahim və Quran çiçəyi"-Bricit Bardo N.Qoqol "Müfəttiş"- Anna Andreyevna Y.Polyakov"Sinif yoldaşları" — Anna Falikova A.Tolstoy "Buratino" - Tülkü Alisa C. Zeynallı " Şükrüyyə" - Qadın müstəntiq Anar "Dantenin yubileyi" - Səfurə L. Tolstoy " İvan İlyiçin ölümü" - Proskovya Qolovina
Filmoqrafiya Dəvətnamə (film, 2003) Yanmış körpülər (film, 2007) Akademik Yusif Məmmədəliyev (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Kuklalar (film, 2009) Qayınana (serial, 2011) — Pərvin Şəbəkə (film, 2011) Qardaşdan yaxşısı yox idi (film, 2010) — Lətifə Üç qız (film, 2005) — muzey bələdçisi Sənə inanıram (serial) — Gülgəz Səni ürəyim sevdi (serial) — Lalə İstəməsən, götürməzsən (Mozalan N 197) "Vicdan haqqı" (teleserial, 2016, 48-ci bölüm) - Zina Sən olmasaydın (teleserial, 2016-2017, 148 bölüm) - Aytən Qış nağılı Qarabağ. İkinci film. " Canım mənim " - Salatın Əsgərova "Əqrəb mövsümü-2" - Şahnaz " Tilov" (serial, 2025) - Gülnar " Borc" (bədii film, 2024)-Xumar "Bölmə" (serial,2025) - Ayna "Mikrorayon" ( serial,2026)- Vüsalə
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları