II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu.

Həyatı 1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı.Hasselgren, Andreas (1908). Oscar II: en lefnadsteckning. Stockholm: Fröléen. Sid. 9, 13. Libris 642290 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.Oscar II  i Herman Hofberg, Svenskt biografiskt handlexikon (andra upplagan, 1906) 1848-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvlüyünə seçilmişdir. 1868-1872-ci ildə İsveç Hərbi Cəmiyyətinin sədri idi. 1866-cı ildən sonra Rusiyaya qarşı İsveçi gücləndirmək məqsədiylə Almaniyanı dəstəklədi. Ümumiyyətlə, Oskar qardaşının anti-Almaniya siyasətini bəyənmir və tez-tez onu tənqid edirdi.

Hakimiyyəti 1872-ci ildə qardaşı XV Karlı əvəz edərək taxta çıxmışdır. Ölkə içində mühafizəkar bir siyasət izlərkən, xarici əlaqələrdə Skandinaviya ölkələrinin əməkdaşlığını müdafiə etdi. Onun şüarı Brödrafolkens väl / Broderfolkenes Vel (Qardaş xalqların rifahı) idi. 1870-ci illərdən Birinci Dünya müharibəsinin əvvəllərinədək başına qədər İsveçin siyasi və mədəni həyatına damğasını vuran Almanpərəstliyin yaranmasında iştirak etdi. Otto von Bismarka heyran idi. Onun hakimiyyəti dövründə 1896-cı ilk dəfə hökumət başçılığına sosial-demokrat baş nazir Hjalmar Branting gəlmişdir. Onun dövründə Dövlət Statistika və Poçt komitələri kimi bir çox dövlət sosial xidmət qurumu yaradılmışdır. left|thumb|II Oskar, V Qustav, VI Qustav və Qustav Adolf Bernadot

Yeni kəşflər Hakimiyyəti kameranın icadı dövrü ilə kəsişən Oskarın dövründə ilk dəfə olaraq İsveç hakim ailəsinin videosu qeydə alınmışdır. Bundan əlavə Oskar 1853-cü ildə teleqrafla maraqlanmışdı. 1880-ci illərdə telefon, elektrik və velosipedin icadından sonra saraya ilk dəfə elektrik xətti çəkildi. Avtobus və avtomobillərin ömrü isə az çəkdi, çünki çox səs salırdılar. 1904-cü ildə saraya ilk dəfə telefon xətti çəkildi.

Şəxsiyyəti Ədəbiyyat ilə çox məşğul olan Oskar, Avqust Strindberqi özünə rəqib hesab edirdi. Onun Qırmızı otaq (1879), Yeni çarlıq (1882) və Nikah haqda hekayələrini (1884) tənqid etmişdi.

Fransada dincələrkən bir qadın və uşağın həyatını qurtardığı üçün Fransa imperatoru III Napoleon tərəfindən medalla təltif olunmuşdur.Sveriges regenter : Från forntid till nutid, Lars O. Lagerqvist, Norstedts, Stockholm 1997 ISBN 91-1-963882-5 p. 394

Norveçin itirilməsi İsveç-Norveç birliyini qorumaq üçün böyük səy göstərsə də 1905-ci də Norveç taxtından çəkilmək məcburiyyətində olarkən çox sarsıldı İsveç və Norveç arasındakı əlaqələr XIV Karlın Norveç əsilzadəliyini ləğv etməsindən bəri onsuz da pis idi. Norveçdəki seperatizm meylləri Almaniyadan kömək istəyən Oskar II Vilhelmin onu zəif hökmdar kimi gördüyünü bildirməsindən sonra daha da gücləndi 1898-ci ilədək Norveç parlamenti üç dəfə öz bayrağını ticarət gəmilərində istifadə etmək üçün qəbul etsə də, kral buna veto qoymuşdu. Üçüncü dəfədə isə kral bezdi və qəbul etdi, bu isə İsveçdə mühafizəkar dairələrin qəzəbinə səbəb oldu.

Buna cavab olaraq, 1905-ci ilin aprelində hökumət buraxıldı, həmin ilin iyununda yeni hökumət, Norveçi müstəqil dövlət elan etdi. Norveç taxtına qardaşınəvəsi VII Haakon gəldi. Hazırkı kral V Harald həm də onun nəticəsidir.

Ölümü Norveç taxtını itirməsi onun üçün ağır oldu və 1905-ci ildən sonra sağlamlığı zəiflədi. 1907-ci ildə isə 78 yaşında vəfat etdi.

Ailəsi 6 iyun 1857-ci ildə Visbadendə Sofiya Nassau ilə evlənmişdi.

Övladları Şahzadə Qustav — Vermlandiya hersoqu Şahzadə Oskar — Qotlandiya hersoqu və Vizborq qrafı Şahzadə Karl — Vasterqotlandiya hersoqu Şahzadə Eugen — Narke hersoqu

İstinadlar

Kateqoriya:İsveç kralları Kateqoriya:İsveçdə vəfat edənlər Kateqoriya:Bernadotlar Kateqoriya:Uppsala Universitetinin məzunları Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Norveç kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:XX əsr monarxları Kateqoriya:Masonlar Kateqoriya:Stokholm şəxsləri