Hüseynova Nəcibə İbrahim qızı () — Azərbaycanın səsləndirmə sənətçisi. Azərbaycan Respublikasının Əməkdar Artisti (2009).

Həyatı Nəcibə Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969–1973). Lənkəran Dövlət Dram Teatrında (1973–1981), Tədris Teatrında (1981–1982), "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında (1982–1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb. Dublyaj sahəsində mütəxəssis aktrisadır.Lənkəranda 2 dəfə, Bakıda(Yasamal üzrə) isə 1 dəfə deputat seçilib

Mükafatları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 aprel 1979-cu il tarixli Fərmanı — anl.az saytı. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

Kateqoriya:Azərbaycan aktrisaları