Gorgoroth — Norveçin Bergen şəhərində yaradılmış black metal qrupudur. 1992-ci ildən, bu günədək gələn üzv, qrupun yaradıcısı Infernusdur. Qrupun adı, j. R. R. Tolkienin yazdığı "Üzüklərin şahı" romanında pisliklər məkanı olan qaranlıqlar ölkəsi Mordorda yerləşən ölülərin məkanının adından gəlir. Qrupun studiyada yazılmış səkkiz albomu var. Qrup 2009-cu ilin sonlarında yeni bir albom üzərində işə başlamışdır və bu iş hələ də davam etməkdədir.

Yaranması Qrupun qurucusu, hal-hazırda Gorgorothda əsas gitarist olan Infernusdur. O, qrupu 1992-ci ildə qurmuşdur. Qrupun ilk demo-albomu isə 1993-cü ildə meydana çıxmışdır. Albom "A Sorcery Written in Blood" adlanır. Qrupun əsas vokalisti olan Gaahl, qrupu 2007-ci ildə tərk etdi. Onun yerini isə 1995–1997-ci illərdə qrupda işləmiş Pest aldı.

Albomlar Qrupun 9 albomu mövcuddur. 1997-ci ildə yazılmış "Under the Sign of Hell" albomu 2011-ci ildə təkrar olaraq, kiçik dəyişikliklər edilməklə satışa buraxıldı. Qrupun məşhur albomlarından biri "Incipit Satan"dır.

Diskoqrafiya Demo-lar 1993 – A Sorcery Written in Blood 1994 – Promo '94

Albomlar 1994: Pentagram 1996: Antichrist 1997: Under the Sign of Hell 1998: Destroyer: Or About How to Philosophize With the Hammer 2000: Incipit Satan 2003: Twilight of the Idols: In Conspiracy with Satan 2006: Ad Majorem Sathanas Gloriam 2009: Quantos Possunt ad Satanitatem Trahunt 2011: Under the Sign of Hell 2011 2015: Instinctus Bestialis

Canlı albomlar 2008: True Norwegian Black Metal – Live in Grieghallen

EP-lər 1996: The Last Tormentor (live)

Kateqoriya:Norveç metal musiqi qrupları Kateqoriya:Blək metal Kateqoriya:Kvintetlər Kateqoriya:1992-ci ildə yaranan musiqi qrupları