İpnari — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 14 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir.

Tarixi Kənd 1906-cı ildə alman əsilli köçkünlər tərəfindən salınmış, Valdheym koloniyası adlandırılmışdır.Jakob Hummel: Das Heimatbüchlein der Deutschen in Transkaukasien/Pokrowsk: Nemgosizdat, 1928, s 49Т. Чернова-Деке (Берлин). Немецкие колонии в Грузии: специфика становления, управления и экономической жизни (1817-1917). стр. 133 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu.Зейналова С.М. Немцы на Кавказе. – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 318 Almanların sürgün edilməsindən bir müddət sonra 5 avqust 1943-cü ildə Valdheym kəndinin adı dəyişdirilərək Kirovisi kəndi adlandırıldı.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 33 Gürcüstan prezidentinin 16 noyabr 2010-cu il tarixli 925 nömrəli fərmanına əsasən adı dəyişdirilərək İpnari adlandırılmışdır.სსიპ "საქართველოს საკანონმდებლო მაცნე": საქართველოს პრეზიდენტის ბრძანებულება №925 2010 წლის 16 ნოემბერი ქ. თბილისი

Əhalisi Kənddə 1926-cı ildə 65 təsərrüfatda 310 nəfər əhali yaşayırdı.Зейналова С.М. Немцы на Кавказе. – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 221

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 481 nəfər (225 nəfəri kişilər, 256 nəfəri qadınlar) əhalinin 96 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005 2011-ci ildə təqdim olunmuş digər məlumata əsasən kənd əhalisi hazırda yalnız etnik azərbaycanlılardan ibarətdir.Региональный Информационный портал Квемо-Картли: Статьи: Дманисские истории, дата публикации: 22 Jul. '11Расположенная над Карабулахи деревня Ипнари находится в ущелье Чатахи. Там еще сохранились старые немецкие дома в готическом стиле, на асфальтированной дороге еще остался след насыпного гравия. На сегодняшний день 100% населения Ипнари – этнические азербайджанцы.

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 515 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი

Təhsil Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы: 3.Публичные школы муниципалитета Дманиси

İstinadlar

Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri