Telman Abbasqulu oğlu Adıgözəlov () — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006).

Həyatı Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur.Xəbərin yayınlanma tarixi: . Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.

right|thumb|Balakən şəhərinin Telman Adıgözəlov küçəsi

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığından vəfat edib.Yusifli, V. Hamının sevimlisiydi…: ("Sənət fədailəri" silsiləsindən): [Xalq artisti Telman Adıgözəlov haqqında] //Kaspi.- 2015. −27 noyabr. — S.12. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bir qızı və bir oğlu var.

Təltif və mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006 "Qızıl Dərviş" mükafatı — 1999 "Əmək veteranı" medalı

Filmoqrafiya 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Camal, dublyaj: Camal Arşınmalçı (film, 1985) Bakı oğrusu Bir nömrəli… (film, 1980) Çətirimiz buludlardır (film, 1976) Diplomlu mütəxəssis (film, 1974) Dörd bazar günü (film, 1975) Evləri göydələn yar (film, 2010) Evləri köndələn yar (film, 1982) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Xatirələr sahili (film, 1972) Günaydın, mələyim! (film, 2008) İmtahan (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Ordan-burdan (film, 1987) QAZ (film, 2005) Qırmızı qatar (film, 1993) Qurama (film, 1995) Məşədi İbad-94 (film, 2005) Mühazirə (film, 1986) Nəsimi (film, 1973) Nigarançılıq (film, 1998) Sürpriz (film, 1977) Yarımştat (film, 1996) Yaşıl eynəkli adam (film, 1987) Yol əhvalatı (film, 1980)

İstinadlar

Mənbə Telman Adıgözəlov "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.

Xarici keçidlər Telman Adıgözəlov 24 saat əvvəl Səda — Telman Adıgözəlovun vəfatından 6 il ötür (15.04.2016)

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan televiziya aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Balakəndə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları