Xurşid Davron (; ) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004).

Həyatı Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur.

Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür. Türkcənin I Beynəlxalq Şeir Şöləninin (Bursa-Konya, may, 1992) iştirakçısıdır.

O qırxdan çox Türkiyə (Qaracaoğlan, Aşıq Veysel, Yunus Əmrə, Orxan Vəli və s.), bir neçə Azərbaycan (Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Rüstəm Behrudi) və rus (Anna Axmatova, Marina Svetayeva, Sergey Yesenin, Osip Mandelştam) şairlərinin, eləcə də qədim və müasir yapon şairlərinin şerlərini özbək dilinə tərcümə etmiş, dünyanın lirik sevgi şairlərinin şeirləri antologiyasını nəşr etdirmişdir.

Xurşid Davronun şeirlərini Azərbaycan dilinə Səlim Babullaoğlu tərcümə etmişdir.

Kitabları Qadrdon quyosh. Sheʼrlar. T., 1979 Shahardagi olma daraxti. Sheʼrlar. T., 1979 Tungi bogʻlar. Sheʼrlar. T., 1981 Uchib boraman qushlar bilan. Sheʼrlar. T., 1983 Toʻmarisning koʻzlari. Sheʼrlar va doston. T., 1984 Bolalikning ovozi. Sheʼrlar. T., 1986 Qaqnus. Sheʼrlar va doston. T., 1987 Polet odinokoy ptitsi. Sbornik stixov na russkom yazike. T., 1989 Samarqand xayoli. Maʼrifiy maqolalar, esselar va tarixiy qissalar. T., 1991 Sohibqiron (Əmir Teymur) nabirasi. Tarixiy hikoylar va qissalar. T,1995 Shahidlar shohi-Shayx Kubro tushlari. Tarixiy-maʼrifiy qissa. T., 1998 Bahordan bir kun oldin. Sheʼrlar va tarjimalar. T., 1997 Bibixonim qissasi. Tarixiy hikoyalar va qissalar. T.,2007 Shayh Kübro tushlari. Tarixiy-maʼrifiy qissa, ikkinchi nasr. T., 2008

Tərcümələri Namık Kemal. Cəlaləddin Xarəzmşah (1997) Deniz Yapraklari . Eski ve Modern Yapon şiirleri antolijisi. (1988) Kirk aşik defteri.(Yunus Emre, Karacaoğlan, Aşık Veysel…) (1989) Selma Lagerlöf. Nils Holgerssons underbara resa genom Sverige (1985)

Teatr Mirzə Uluqbəy — 600 yil. Müzikal-koreografik kompozisyon. Samarqand. (1994) Əmir Teymur — 660 yil. Müzikal-koreografik kompozisyon. Samarqand. (1996) Böyük ipək yolu. Müzikal-koreografik kompozisyon. Tiyatro "Odeon", Paris, Fransa (1997) Babür Şah (1999) Alğul (Mirzə Uluqbəy) (2004)

Televiziya və radio Timurnoma. 21 Bölümli Televizion dizisi (1996). Buxoroyi Şerif. 2 Bölümli musiqi film-opera (1997). Cəlaləddin Xarəzmşah.(Namık Kemal) 5 Bölümli TV oyunu.(1998) Alg'ul (Mirzo Uluġ'bek) 2 Bölümli TV oyunu. (2009) Min bir rivoyat. TV projesi. (1995–2012) Mirzə Uluqbəy. Radyo oyunu. (2008) Babür sog'inchi. Radyo oyunu. (2005)

İnternet Xurshid Davron web-sayfasi Khurshid Davron Facebook Xurshid Davron Twitter Xurshid Davron Youtube.com

Haqqında Ahmad A’zam. Navqiron yomg’ir (1980). Doç. Dr. Fatma Açık: Hurşid Devran’ın "Emir Timur’un Oğlunun Ölümü Hakkında Rivayat" Adlı Hikâyesinin Üslup Açısından İncelenmesi. N. Mirzaeva. She'riyatda tarixning badiiy talqini. (Shoir Xurshid Davron ijodi misolida) Eshqobil Shukur. She'rda ustoz vijdondir faqat… Eshqobil Shukur. Lahzaga qo'yilgan haykal. Esse. Sa’dullo Quronov. Hozirgi she'riyatning tasvir imkoniyatlari haqida . Nodir Jonuzoq. Mitti giyoh mo''jizasi. Bahodir Sodiqov. Tushlarga sig’magan Vatan. Erdal Şahin. Çağdaş Özbek Edibi Hurşit Devran, Türklük Araştırmaları Dergisi (Prof. Dr. Hakkı Dursun Yıldız Armağanı), 7. sy., İstanbul 1995, 455–458. s.

Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Özbək şairlər Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Özbəkistan tarixçiləri Kateqoriya:Özbək yazıçılar Kateqoriya:Səmərqənddə doğulanlar Kateqoriya:Özbəkistan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XXI əsr tarixçiləri