Əhməd Hüseyn oğlu Əhmədov () — Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı

Həyatı Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilmişdir.

Ailəlidir. Dörd övladı var.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Əhməd Əhmədov haqqında səhifə. mia.gov.az

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Kateqoriya:Azərbaycan polis general-leytenantları Kateqoriya:Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili xidmət general-mayorları