Nadejda İsmayılova () — ssenari müəllifi və kino redaktoru, Azərbaycan SSR əməkdar jurnalisti (1990).

Həyatı Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun filoloqiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib. "Dalğa", "Həftə plyus" "TV Kuryer" televiziya publistik proqramların müəllifi və aparıcısı olub.

Mükafatları Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1988) "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı (1990) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (22.07.2020) "Şöhrət" ordeni (16.01.2026)

Filmoqrafiya Abşeronun istirahət ocaqları (film, 1975) (qısametrajlı sənədli film) (Aztv) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-redaktor Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Arzu yolu ilə (film, 1964) Asif, Vasif, Ağasif (film, 1983) Azərbaycan xörəkləri (film, 1967) Bağlı qapı (film, 1981) Bakı beş dəniz limanıdır (film, 1967) Bakı eliksiri (film, 1967) Bakı. Müharibə illəri (film, 1985) Bakının mənzərələri (film, 1966) Bakıya xoş gəlmisiniz (film, 1965) Bayquş gələndə... (film, 1978) Bir ailəlik bağ evi (film, 1978) Biz arzu edənlər nəslindənik (film, 1965) Buraxılışa hazırdır (film, 1974) Dalğa (veriliş) Dantenin yubileyi (film, 1978) Dədə Qorqud (film, 1975) DQMV (film, 1959) Əzablı yollar (film, 1982) Fransa qəhrəmanı (film, 1975) Gecə balıqçıları (film, 1963) Hakim (film, 1966) Həftə plyus (veriliş) Həqiqətin anı (film, 1984) İstintaq (film, 1979) Qəribə adam (film, 1979) Qırmızılar, qaralar və başqaları (film, 1969) Qorxma, mən səninləyəm Qurultaydan qurultaya (film, 1971) Meşədən evə (film, 1964) Mezozoy əhvalatı (film, 1976) Nabran (film, 1975) Park (film, 1983) Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012) Reportaj haqqında reportaj (film, 1964) Sirkin yeni mənzili (film, 1967) Sumqayıtın əks-sədası (film, 1992) Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) Tələ (film, 1990) TV Kuryer (veriliş) Unudulmuş qəhrəman (film, 2005) Üç monoloq (film, 1974) Üç üstəgəl milyon (film, 1981) Ürək... Ürək... (film, 1976) Yalançılar (film, 2008) Yarımçıq qalmış mahnı (film, 1979) Yeddi gözəl (film, 1982) Yol əhvalatı (film, 1980)

İstinadlar

Xarici keçidlər ПРАВИЛА ЖИЗНИ. НАДЕЖДА ИСМАЙЛОВА: "В жизни всегда есть что-то хорошее. Главное – уметь это увидеть" Nadejda İsmayılova: "Axirət dünyasında da mənim doğum günümü unutmur"

Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Aşqabadda doğulanlar