Otello () — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır.

Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir.

Personajlar Otello — Venesiya ordusunda general, baş qəhrəman Desdemona — Otellonun həyat yoldaşı Iago — Otellonun praporşiki Cassio — Otellonun leytenantı Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu Bianca — Cassionun sevgilisi Brabantio — Venesiyalı senator və Desdemonanın atası Roderigo — saf venesiyalı, Desdemonaya aşiq Venesiya baş naziri Gratiano — Brabantionun qardaşı Lodovico — Brabantionun qohumu Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi Clown — xidmətçi Senatorlar Dənizçilər Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqaları

Hadisə Venesiya və Kiprdə baş verir.

Həmçinin bax Otello (film, 1955)

Kateqoriya:Vilyam Şekspir