Yami xaqan (意利珍豆启民可汗 - Müdrik, sözü hər yerdə keçən, öndə gedən xaqan; ) — Şərqi Göytürk xaqanlığının ilk xaqanı.
Hakimiyyətdən öncə Tulan xaqanın kiçik qardaşı idi. taxta keçməsindən sonra şimala köçərək Şərqi Göytürk xaqanlığının şərq bölgəsini idarə edən xaqanın ünvanı olan "Tuli xaqan" (Tölis-qaγan) titulunu istifadə etməyə başladı. Suy sülaləsinə heyət göndərərək qızlarıyla evlənmək istəyincə buna qarşı çıxan Tulan xaqan ilə arasında anlaşılmazlıq yaşandı.
Hakimiyyəti 597-ci ildə Şərqi Göytürkün bölünməsini istəyən Suy imperatoru Ven öz qohumlarından birinin qızlarından şahzadə Anı ərə verdi verdi. 599-cu ildə Tulan xaqan, Qərbi Göytürk xaqanı Tarduş xaqan ilə ittifaq qurub Yami xaqana hücum etdi. Məğlub olan Yami beş atlı ilə Çinə sığındı. Ven, şahzadə Anyinin ölmüş olmasından dolayı başqa bir şahzadəsi olan Yiçenq ilə evləndirdi.
600-cü ildə Tardu tərəfindən məğlub edildisə də yenə Çindən dəstək aldı.
603-cü ildə Tardu xaqana üsyan edən Tiele və Puqu tayfaları Yamiyə tabe oldu. Yami qısa müddətliyinə də olsa Göytürkləri birləşdirdi.
605-ci ildə Kidan ellərinin hücumunun qarşısını almışdı.
607-ci ilin yazında isə Loyana gedərək imperator Yanqı ziyarət etmişdi. Yayda da imperator xaqanın çadırında olmuşdu. İmperatorun xaqana olan marağından əyanlar Qao Cionq, Yuven Bi və Herio Bi narazı idilər. İmperator cavab olaraq onları edam etdirmiş, baş nazir Su Veyi isə istefaya göndərmişdi. İmperatorun əmri ilə Yuven Kai xaqan üçün minlərlə nəfərin daxil ola biləcəyi bir çadır hazırlamışdı.Emperor Yang of the Sui Dynasty: His Life, Times, and Legacy
Ailəsi
Şibi xaqan Çula xaqan İllig xaqan Yento şad (延陀設)Liu, 1958-I: 201 Çiçi şad (叱吉設)Liu, 1958-I: 87 Börü şad (步利設)Liu, 1958-I: 134, 183
Ölümü 609-cu ildə xəstəlikdən öldü. Bəzi mənbələr isə 611 deyir.
İstinadlar
Kateqoriya:Şərqi Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi